Azərbaycanca

ATƏT sədri: “Status-kvo heç bir perspektiv vəd etmir”

05.06.2014 | 05:03

10443821_580498788730275_1065258396_nErmənistan və Azərbaycan prezidentlərinin görüşü sülh danışıqlarının yeni mərhələsi ola bilər. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi məlumata görə, bu fikri İrəvanda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter səsləndirib. Ermənistana sonuncu səfəri zamanı Fransa prezidenti Fransua Olland bildirmişdir ki, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin etimad quruculuğunun gücləndirilməsi üçün yollar axtarmasına xidmət edən görüşlərinə ev sahibliyi etməyə hazırdır.

 

D.Burkhalter Minsk qrupu formatının vacibliyindən danışıb. O bildirib ki, qarışıq məsələnin həlli üçün nəzərdə tutulan formatı daha üstün tutur: “Doğrudan da qarışıq məsələdir və biz onun əhəmiyyətini lazımi qədər qiymətləndirmirik” – deyə sədr qeyd edib. “İtkilər olub və biz onları unutmuruq” – deyən D.Burkhalter vurğulayıb ki, status – kvo heç bir perspektiv vəd etmir və sülhə doğru addım-addım gedilməlidir. O, İsveçrənin ATƏT-də sədrliyi dövründə atəşkəs rejimini gücləndirmək, sərhəd insidentlərini araşdıra bilən mexanizmlərin reallaşdırılması üçün təkliflər irəli sürəcəyini deyib. O, Madrid prinsipinə əsaslanan həll yolunu tapmağın vacibliyini və beynəlxalq hüququn əhəmiyyətini qeyd edib. Biz kömək olaraq ekspertlərin iştirakını, siyasi və maliyyə yardımı təklif edə bilərik. Lazım olduğu qədər həm sədrlik dövründə, həm də sonra bunu edə bilərik”. D.Burkhalter diqqətə çatdırıb ki, etimad atmosferinin möhkəmlənməsinə yardım edən tədbirlər şəklində, adamların birbaşa təmasları, ekoloji məsələlərin həlli istiqamətində də yardım edilə bilər.

 

Rəsmiyyə Allahverdiyeva

 “KarabakhİNFO.com” 

05.06.2014 05:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*