Azərbaycanca

ATƏT təmas xəttində monitorinq keçirəcək

04.11.2014 | 10:00

monitorinqATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

 
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

 

“KarabakhİNFO.com”

 

 

04.11.2014 10:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*