Azərbaycanca

ATXƏM üzvləri Zalsburqda “Qarabağ”a azarkeşlik edəcək

01.08.2014 | 10:12

20140731123248_53776İyulun 30-da Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Avstriyanın “Zalsburq” futbol komandası ilə qarşılaşan “Qarabağ” rəqibinə 2:1 hesabı ilə qalib gəldi. Beləliklə, Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan futbol komandası oldu.
Qeyd edək ki, “Qarabağ” cavab görüşünü Avstriyanın Zalsburq şəhərində 06 avqust 2014-cü ildə saat 20.00 (Bakı vaxtilə 23.00) Zalsburqun “Red Bull Arena” stadionunda keçirəcəkdir. Doğma komandamıza dəstək olmaq üçün Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Azərbaycandan gedəcək nümayəndə heyəti doğma komandamıza azarkeşlik edəcəklər. ATXƏM Zalsburqdakı oyunda “Qarabağ”a dəstək vermək üçün Avropada fəaliyyət göstərən bütün Azərbaycan və türk diaspora təşkilatlarını da məlumatlandırıb.

 

 

“KarabakhİNFO.com”

01.08.2014 10:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*