Azərbaycanca

Aureliya Qriqoriu: Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaratmaq lazımdır

09.04.2015 | 10:02

trend_aureliya_qriqoriu_080415_2

Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaratmaq lazımdır ki, bu faciəyə görə cavabdeh olanlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Bunu Trend-ə Bakıda səfərdə olan Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriu Ermənistanın azərbaycanlılara qarşı törədikləri soyqırımı, eləcə də Xocalı soyqırımını nəzərə almayaraq yalançı “erməni soyqırımı”nın təbliğatını davam etdirməsi məsələsini şərh edərkən deyib.

O, qeyd edib: “Hesab edirəm ki, Xocalı soyqırımının araşdırılması üzrə xüsusi beynəlxalq tribunal yaratmaq lazımdır, çünki cinayətkarların adları bizə yaxşı məlumdur və onlar cinayət törətdiklərini gizlətməyiblər. Hazırda bu məlumatı silməyə çalışırlar ki, məhkəmədə sübut kimi istifadə olunmasın”.

A.Qriqoriu bildirib ki, bu tribunalı yaxın vaxtlarda yaratmaq lazımdır, çünki həmin hadisələrin şahidləri hələ ki həyatdadırlar: “Niyə ermənilər qondarma “erməni soyqırımı” məsələsini guya “soyqırım”ın baş verməsindən daha gec gündəmə gətirdilər? Çünki heç bir sübut, tarixi fakt, yazılı sənədlər, jurnalist dəlilləri yoxdur. Biz bilirik ki, Türkiyənin arxivləri açıqdır, tarixçilər işləyirlər və onların arxivlərdə tapdıqları sənədlər təsdiq edir ki, heç bir soyqırım olmayıb, əksinə, ermənilər türk xalqına qarşı yaramaz hərəkətlər ediblər”.

Parlament vəkilinin sözlərinə görə, ermənilər onu təqib edir, zəng edir və hədələyirlər: “Bu yaxınlarda Moldova-Ermənistan Cəmiyyətinin sədrinin Ermənistan mətbuatında yayılan məqaləsində bildirilirdi ki, ermənilər mənim Azərbaycanı dəstəkləməyə davam etdiyimi izləyirlər. Bu o deməkdir ki, onlar mənimlə hesablaşmağın yolunu mütləq tapacaqlar. Mən daim bu vəziyyətdə yaşayıram”.

Trend.az

09.04.2015 10:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*