All posts by Karabakhİnfo

“Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin mətbuat konfrans keçirildi

22.09.2017 | 13:07

thumbnail_image3

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin başlaması ilə əlaqədar olaraq 22 Sentyabr 2017-ci il tarixdə saat 11:00-da New Baku Hoteldə mətbuat konfransı keçirdi.

Tədbirdə ilk öncə layihə rəhbəri Şahin Camalov çıxış edərək layihənin məqsədi, həmçinin “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun indiyə qədər bu sahədə gördüyü işlər haqda məlumat verdi. Şahin Camalov qeyd etdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına əsasən 1 may 2017-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdan keçirilmiş şəxslərin sayı 3868 nəfər təşkil etmişdir. Onlardan 3123 nəfər hərbçi, 745 nəfər mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına görə isə 3780 nəfər itkin düşmüşdür. 1437 nəfər isə bu günə kimi girovluqdan azad edilmişdir.

Təşkilatın 6 illik fəaliyyəti dövründə vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə hər zaman həm hüquqi həm psixoloji dəstək verildiyi vurğulanaraq bu məqsədlə “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi”-nin yaradıldığı qeyd olundu. İlk dəfə olaraq layihə çərçivəsində xüsusi ilə yaşlı anaların psixoloq və hüquqşünaslarımızla daha yaxından əlaqə qurmaları üçün “ETİMAD XƏTTİ”-nin (088-408-30-27) yaradıldığı, itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqları mesajını verməkdə bu layihənin mühüm rol oynayacağı xüsusilə qeyd olundu. Çıxış edən digər natiqlər də layihənin əhəmiyyətindən danışaraq, bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi dəstək də yüksək qiymətləndirildi.

 

Mətbuat xidməti

22.09.2017

 

ATƏT-in tədbirində beynəlxalq təşkilatlar Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması hallarına biganə qalmamağa çağırılıb

18.09.2017 | 17:43

qara

Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşü keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak edib.

Gündəliyə əsasən illik görüşdə demokratik institutlar, informasiya və media azadlığı, ifadə və birləşmək azadlığı, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, uşaq hüquqlarının müdafiəsi və digər mövzulara həsr olunmuş işçi sessiyalar keçirilib.

Ombudsman Aparatının rəhbəri 2-ci və 5-ci işçi iclasda müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib.

Aydın Səfixanlı 2-ci sessiyadakı çıxışında insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi dövlətlərarası münasibətlərin əsasını təşkil etdiyini, insan hüquq və azadlıqlarına hörmətin beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsi olduğunu qeyd edərək, ATƏT-i bir qurum kimi, o cümlədən ATƏT-ə üzv olan dövlətləri harada baş verməsindən və hansı dövlət tərəfindən törədilməsindən asılı olmayaraq beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, insan hüquqlarının, beynəlxalq humanitar hüququn davamlı olaraq pozulması faktlarına biganə qalmamağa, səssizlik nümayiş etdirməməyə, yeni-yeni hüquq pozuntularının baş verməməsi üçün bu pozuntulara yol verən Ermənistan dövlətinin cəzalandırılmasında səylərini birləşdirməyə səsləyib.

Qeyd olunub ki, 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən ağır silahlardan atəşə tutulub, nəticədə Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olub, digər mülki şəxs Quliyeva Səlminaz ağır yaralanıb və mülki obyektlər dağıdılıb.

Eyni zamanda Ermənistan silahlı qüvvələri bölmələrinin 2017-ci il avqust ayının 7-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlunun qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, cəzasızlıq mühitinin arxayınçılığı o səviyyəyə çatıb ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək mülki əhalini, xüsusilə azyaşlı uşaq və qadınları qətlə yetirməkdən çəkinmir.

Çıxışda həmçinin Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, Uşaq Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin ciddi şəkildə pozulduğu, Azərbaycanın çoxəsrlik tarixi ərzində tolerant və mehriban birgə yaşama mədəniyyəti, ümumqəbul olunmuş dəyərlərə, sülhə sadiqliyi dünya dövlətləri üçün nümunə kimi göstərildiyi, Ermənistanın isə yalnız Azərbaycanda deyil, həm də bütün regionda sülh və inkişaf üçün mühüm təhlükə mənbəyi olduğu qeyd olunub. Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün ATƏT və üzv dövlətlər birgə qətiyyətli səylər  göstərməyə və tədbirlər görməyə çağırılıb.

 

Apa.az

İtaliyalı tədqiqatçının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabı işıq üzü görüb

14.09.2017 | 12:51

karabakh_040809_1

İtaliyalı geosiyasət analitiki Domeniko Letitsiya “Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq hüquq, Beynəlxalq Cinayət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinin qərarı arasında” elektron kitabını nəşr edib.

Trend bu barədə “Jerusalem Post”a istinadən məlumat verir.

O, öz kitabında münaqişənin davam etməsinin əsas səbəbinin Azərbaycanın torpaqlarının Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunması olduğunu qeyd edib.

D.Letitsiya yazır ki, münaqişə bölgəsində gərginliyin azaldılması üçün ən əsas şərt ilkin səbəbin – işğal olunmuş torpaqların azad olunmasının aradan qaldırılmasıdır.

Müəllif kitabında BMT Təhlükəsizlik Şurasının “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 qətnaməsinin, BMT Baş Assambleyasının qərarının, Avropa Şurası və Avropa Parlamentinin sənədlərinin olduğunu xatırladır və bu sənədlərdə erməni qoşunlarının işğal olunmuş əraziləri tərk etməsinin tələb olunduğunu yazır.

 

Trend.az

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində növbəti təlimlərə başlayıb

13.09.2017 | 12:42

qrad (1)

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olanAğdam rayonuda növbəti irimiqyaslı təlimlərə başlayıblar.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bağmanlar adlı ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

 

Ağır artilleriyadan aşılan atəş səsləri Ağdamın işğal altında kəndlərində və ətraf Ağcabədi, Bərə rayonlarında aydın eşidilir.

 

Apa.az