All posts by Karabakhİnfo

BMT QAK: Cocuq Mərcanlıda bir sıra işlərdə yaxından iştirak etmək istəyirik

13.09.2017 | 12:31

tedbir__120917

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin imzaladığı sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək, o cümlədən Cocuq Mərcanlıdan olan məcburi köçkünlər arasında müştərək qiymətləndirmənin keçirilməsini həyata keçirmək istədiklərini bildirib.

Əli Həsənov vurğulayıb ki, Cocuq Mərcanlı sakinləri arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanması kimi layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı.

 

Trend.az

“Independent”: “Qarabağ”ın stadionu erməni bombaları ilə dağıdılıb

12.09.2017 | 15:05

independent__logo_120917

“Əgər bu gün regionda vəziyyət ayrı cür olsaydı, dünyanın diqqəti Ağdam şəhərinə yönələrdi. Burada UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın İngiltərənin “Çelsi” komandası ilə oyunu keçirilərdi”.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “Independent” nəşri yazır.

Məqalədə qeyd olunur ki, bu gün Ağdamın “İmarət” stadionunu erməni snayperləri görür: “Qarabağ”ın oynadığı stadion erməni bombaları ilə dağıdılıb”.

Müəllif yazır ki, “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsinin daha geniş işıqlandırılmasına imkan verəcək:

“Klubun Çempionlar Liqasındakı çıxışından sonra daha çox insan Qarabağın Azərbaycan torpağı olduğunu biləcək və bir daha primitiv erməni təbliğatına uymayacaq”.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında “Qarabağ” Londonda “Çelsi”nin qonağı olacaq.

 

 

Trend.az

Rusiya, Azərbaycan və Ermənistanın dini liderləri birgə bəyanat qəbul ediblər

09.09.2017 | 12:35

azerbaycan-rusiya-ve-ermenistan-dini-liderleri-1

Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Ermənistanın katalikosu II qareginin imzaladığı sənəddə deyilir: “Bu gün biz – Azərbaycan və Ermənistanın dini liderləri Rusiya patriarxı Kirillin dəvəti ilə yenidən Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Bunsuz Qafqazda sülh və təhlükəsizlik əldə etmək mümkün deyil.

 

Biz münaqişənin hərtərəfli həllinə kömək olacaq sülhməramlı dialoqun davamlı şəkildə inkişafına, danışıqların davam etdirilməsinə və beynəlxalq ictimaiyyətin vəsaitçəliyinə böyük önəm veririk.

 

Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür.
Azərbaycan və erməni xalqları hər zaman çiyin-çiyinə yaşayacaqlar, bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Çoxsaylı çağırışlarla üz-üzə qalan xalqların dini liderləri onlara cavab axtarmağa məcburdurlar.

Biz sülhün qorunması və münaqişə ilə əlaqəli olan humanitar problemlərin həlli üçün dualarımızı əsirgəmirik və ictimai-siyasi xadimləri də buna çağırırıq.
Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir.
Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir.

Dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir.

 

Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazırıq”.

 

Apa.az