All posts by Karabakhİnfo

Azərbaycan ABŞ ilə hərbi əlaqələrini razılaşdırır

08.04.2015 | 15:14

herbi_musavire_080415

Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrinin razılaşdırılması üzrə konfrans keçirilib.

Konfransda ölkələrimiz arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planı”nın layihəsi müzakirə edilib.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.

Trend.az

Ermənistanın hərbi qulluqçusu ölüb

08.04.2015 | 14:56

karabakh_040809_1

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu ölüb.

Trend-in “Mediamaks”a istinadən verdiyi məlumata görə, ölən hərbi qulluqçu 20 yaşlı Levon Mirzoyan olub.

Trend.az

Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya keçməsini hətta düşünmür

08.04.2015 | 13:40

3174e3d459c2669208877fd45a7e4d7f

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya hətta keçməsini belə düşünmür”.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşün yekunları üzrə keçirilən brifinqdə deyib.

O əmin olduğunu bildirib ki, ritorikaya rəğmən, maraqlı tərəflərdən heç biri bunu istəmir: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün fəaliyyəti tezliklə qarşılıqlı məqbul həll yolunu tapmağa yönəlib”.

S.Lavrov qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul əsasında nizamlanması məqsədilə şəraitin yaradılması üzrə səylərini davam etdirəcək: “Təmaslar mütəmadi davam edir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri təmas xətti də daxil olmaqla tez-tez regiona səfər edirlər. Həmsədr ölkələrinin prezidentləri nizamlanmanın həllinin axtarışına şəxsən diqqət yetirirlər və bizim Prezident ötən il xüsusi səylər göstərdi, onun nəticəsi üzrə praktiki planın mümkün addımları barədə məsləhətləşmələri davam etdiririk”.

Qeyd edək ki, E.Nalbandyan Rusiyada səfərdədir.

Trend.az

Çexiya prezidenti Azərbaycana səfər edəcək

08.04.2015 | 11:43

feb0e48468df44d477d7dda19f9ea81a

Çexiya prezidenti Miloş Zeman bu il ərzində Kolumbiya, Meksika və Azərbaycana səfər edəcəyini açıqlayıb.

APA-nın “Czech News” agentliyinə istinadən verdiyi məlumata görə, Çexiya prezidentinin mətbuat müşaviri Jiri Ovcacek bildirib ki, prezident Çexiyanın ikinci ən böyük neft təchizatçısı olan Azərbaycana səfərini sentyabra planlaşdırır.

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek isə Azərbaycanla iqtisadi və humanitar əlaqələrin genişləndiriləcəyini deyib: “Biz Azərbaycanla strateji tərəfdaşlığın ölkəmiz üçün uyğun olduğunu həmişə deyirik”.

Apa.az