All posts by Karabakhİnfo

Slovakiyalı deputatların Azərbaycana səfəri başlayır

08.04.2015 | 11:20

скачанные файлы

Bu gün slovakiyalı millət vəkillərinin Azərbaycana səfəri başlayır.

Avropa Azərbaycan Cəmiyyətinin mətbuat xidmətindən APA-ya  verilən məlumata görə, Slovakiya-Azərbaycan Dosluq qrupunun sədri, Konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Parlament Assambleyasındakı Slovakiya nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü  Olqa Naxtmannova (SMER-SD Partiyası), Sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Prtiyası), Xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Prtiyası), Konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil) və Mandat və Toxunulmazlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.

Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən səfər aprelin 11-dək davam edəcək.

Slovakiyalı millət vəkillərinin səfər proqramında Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  və ASAN Xidmətdə görüşlərin keçirilməsi nəzərdə tutulub. Qonaqlar həmçinin Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Parlamentarilər məcburi köçkün düşərgəsinə də baş çəkəcəklər.

Apa.az

Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarının Azərbaycana səfəri başlayıb

08.04.2015 | 10:56

d866c06e28627660e9ca968430646cc6

Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycanda səfərdədir.

Avropa İttifaqı-nın (Aİ) Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, aprelin 7-si axşam saatlarında Bakıya gələn diplomatın səfəri aprelin 9-dək davam edəcək.

Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, bu,Yohannes Hanın Avropa İttifaqı-nın  Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.

Apa.az