All posts by Karabakhİnfo

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu yeni layihənin icrasına başlayır

16.08.2017 | 15:48

567

“İnsan Hüquqları XXI əsr– Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqları mesajını vermək, dövlətimizin bu sahədə apardığı ardıcıl və məntiqli siyasətə ictimai dəstəklə yanaşı, gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə kömək etməkdən etməkdir. Layihə çərçivəsində ümumilikdə 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə psixoloji yardım göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə yaradılacaq “ETİMAD XƏTTİ” vasitəsilə onların problemləri daha dərindən araşdırılacaqdır.

Qeyd edək ki,  “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu 2011, 2012 və 2013, 2014-cü illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Bakı şəhərinin rayonlarında yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin hüquqi, psixo-sosial çətinliklərinin azaldılması məqsədi əməkdaşlıq etmiş, həmçinin bu məqsədlə “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılmışdır.

 

MƏTBUAT XİDMƏTİ

16.08.2017

“İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu”nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olundu

04.08.2017 | 14:47

logo_big_1

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyətinin öyrənilməsi layihəsinin icrası başa çatmışdır.

Layihə çərçivəsində 40-a yaxın  qurum olmaqla nazirliklər, dövlət komitələri, yerli icra hakimiyyətləri tərəfindən “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun icrası vəziyyəti və rəsmi internet resurslarını araşdırıldı. İnternet resurlarında İctimai Şuraların yaradılıb yaradılmadığı, əgər yaradılıbsa “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu”nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olundu.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığına, açıq hökumət prinsiplərinin təşviqinə mühüm töhvə olduğu və İctimai Şuraların yaradılmadığı dövlət qurumlarının işə daha da məsuliyyətlə yanaşmalarında həmçinin gələcəkdəki  fəaliyyətlərində də şəffaflığın təmin olunmasında bu mühüm rol oynayacaqdır.

Mətbuat Xidməti

04.08.2017

“Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması” Layihəsi həyata keçirildi

29.07.2017 | 11:26

1497361122_dscn5201

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması” Layihəsini həyata keçirmişdir. Layihənin əsas məqsədi peşə qabiliyyətli gənclərin karyera quruculuğunda onlara dəsətək göstərilməsindən bəhs edir. Xüsusilə regionlarda yaşayan gənclərin təhsil və karyera quruculuğunda uğur əldə etməsi və peşə bacarıqlarının aşılanması üçün təlimlər keçirilmişdir. Quba, Bakı, Şamaxı və İsmayıllı şəhərində keçirlən təlimlərdə gənc sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün bazar dəyər zənciri, bazar araşdırması, bazar planlaması, biznes planların strukturu, təhlili və hazırlanması, uğurlu biznes ideyalarının seçilməsi meyarları, sahibkarlıq fəaliyyətinin qanunvericilik əsasları və müvafiq sahə üzrə aidiyyatı məsələlər müzakirə olunmuşdur.

Təlimlər zamanı gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanacaqdır Biznes ideyalarının reallaşdırılması və biznes plan haqqında təqdimat hazırlayan təlimçi  iştirakçılara bazarın analizi, araşdırılması və biznes planlarının tərtib olunması haqqında praktik məlumat vermişdir. Təlim iştirakçılarının hazırladığı biznes planların müzakirəsi aparılmış, planın bazara uyğunluğu, riskləri, indikatorları analiz edilmişdir. Biznes planların yerli mövcud resusrlardan yararlanması və real olması ilə bağlı müzakirələr davam etdirilmişdir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək xidmətlərini göstərməkdə davam edəcəkdir. Gənclərin biznes planlarının texniki qiymətləndirilməsi və  müasir bazarın tələblərinə uyğun olaraq reallaşdırılması ilə bağlı Mərkəz tərəfindən dəstək xidmətləri göstəriləcək.

Mətbuat Xidməti

Azərbaycan müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

19.06.2017 | 17:06

hasanov_gorush_190617

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

 

Trend.az