All posts by Laləzər Abbasova

“Gənclər İnkişaf Naminə” İctimai Birliyi “Məişət zorakılığı qurbanlarına könüllü sosial xidmətlərin göstərilməsinin təşviqi” layihəsinin icrasını həyata keçirir

14.11.2017 | 11:48

“Gənclər İnkişaf Naminə”  İctimai Birliyi “Məişət zorakılığı qurbanlarına könüllü sosial xidmətlərin göstərilməsinin təşviqi” layihəsinin icrasını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə məişət zorakılığına məruz qalmış şəxslərə könüllü sosial xidmətlərin göstərilməsinin təbliğindən bəhs edir.  

Davamı

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini sutka ərzində 114 dəfə pozub

14.11.2017 | 11:40

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xaçmaz rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa keçirilib

10.11.2017 | 16:19

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Xaçmaz rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Xaçmaz rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  Dəyirmi Masa keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşı, Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın üzvü Araz Rzayev tədbirin əhəmiyyətindən danışmış, rayonda komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Fondun prezidenti Şahin Camalovda öz növbəsində qonaqları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə geniş məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı da problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşmüşdür. Daha sonra cari ilin mart ayında Bakı şəhərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfində həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Sosioloji sorğunun nəticələrinin müzakirəsi zamanı Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Ağakərim Muradxanov çıxış edərək yetkinlik yaşına çatmamaış şəxslərin tütün məmulatlarına çıxışlarının məhdudlaşdırılması yönündə aparılan maarifləndirici tədbirlər barədə danışmış, aparılan müzakirələri yüksək qiymətləndirmişdir.

Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində növbəti həftələrdə Salyan və Yevlax rayonlarında da Dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.