All posts by karabakh karabakh

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyinə həsr olunan tədbir keçirilib

24.01.2020 | 12:23


Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən “N” hərbi hissəsində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbir açıq elan edildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Çıxış edənlər iki dəfə Sovet İttifaqı Qəhrəmanının şərəfli döyüş yolundan danışaraq H.Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib, qəhrəmanın hərbi xidmətlərindən söhbət açıb və görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu bildiriblər.
Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd etməsi və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalaması bir daha xatırlanıb. Bu ənənənin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirildiyi də xüsusi olaraq vurğulanıb.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin musiqi proqramı ilə sona çatıb.

mod.gov.az

AVCİYA seçkiöncəsi media monitorinqin nəticələrini açıqladı 22.01.2020

22.01.2020 | 15:03

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ölkə üzrə  monitoriniqi çərçivəsində fəaliyyətini davam etdirir.

Yazılı və elektron kütləvi informasiya vasitələrinin AVCİYA tərəfindən aparılmış monitorinqi cari ilin yanvar ayının ilk 3 həftəsini (1-21 yanvar 2020) əhatə edir. Monitorinqə “Azərbaycan”, “Xalq qəzeti”,“Yeni Müsavat”, “Xalq cəbhəsi”, “Şərq”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy” (rus dilində), “Nedelya” (rus dilində) qəzetləri, Minval.az (rus dilində),  1news.az (rus dilində), Zerkalo.az (rus dilində), Kaspiy.az (rus dilində) saytları və AZƏRTAC, APA, Trend, Səs (rus dilində) informasiya agentlikləri daxil edilib. Monitorinqdə adı sadalanan KİV-lərdə seçki ilə bağlı xəbərlərin həcmi və təsnifatı yer alıb.

Diaqram 1.

Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanin həcmi (1-21 YANVAR 2020)

1-ci diaqramdan göründüyü kimi monitorinq müddətində (1-21 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik “Azərbaycan” qəzetinə (167 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq Trend  (91 xəbər) və AZƏRTAC (87 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə  “Bakinskiy raboçiy” (4 xəbər), “Nedelya” (3 xəbər) və “525-ci qəzet”də (7 xəbər) gedib.

Diaqram 2.

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı

(1-21 YANVAR 2020)

2-ci diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. Monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 472 xəbər, MSK-nın 193 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları), təbliğat xarakterli 71 material və 30 analitik yazı gedib.

AVCİYA Seçki Qərargahı

Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə nazirini qəbul edib

21.01.2020 | 12:16


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənovla Gürcüstan Parlamentinin sədri cənab Arçil Talakvadze arasında görüş keçirilib.
Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.

Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

17.01.2020 | 15:06


17.01.2020

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı ardıcıl mövqeyinin olmasını təqdir edirik.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. “Biz bundan əvvəl Şərq Tərəfdaşlığı ilə əlaqədar Brüssel Sammitinin yekun sənədlərinə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanmış “Tərəfdaşlıq prioritetləri” sənədinə baxsaq görərik ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var. Ona görə də bunun davamı olaraq Avropa İttifaqının xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətdə ifadə olunan bu mövqeni yüksək qiymətləndiririk”, – deyə Prezidentin köməkçisi bildirib.

AZƏRTAC