Azərbaycanca

Avropa İttifaqı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

13.11.2014 | 11:27

Avropa-BirliyiAvropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb.

 

APA-nın xəbərinə görə, xidmətin açıqlamasında bildirilir ki, tərəflərin vəziyyəti gərginləşdirəcək istənilən hərəkətlərdən və bəyanatlardan çəkinməsi zəruridir: “Biz baş vermiş insidentin araşdırılmasına çağırırıq”.

 

 

Aİ ATƏT-in Minsk Qrupuna və 3 həmsədrin səylərinə tam dəstəyini ifadə edib. Brüsseldən bildirilib ki, hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir.

 

“KarabakhİNFO.com”

 

 

13.11.2014 11:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*