Azərbaycanca

Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta “parlament seçkiləri”ni tanımır

01.05.2015 | 14:53

european_union_250713

Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta “parlament seçkiləri”ni tanımır. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, onların “nəticələri” Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya danışıqlar prosesinə təsir edə bilməz.
Bəyanatda bildirilir: “Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu və onun həmsədrlərinin hərtərəfli sülh danışıqlarının aparılması üzrə səylərini qətiyyətlə dəstəkləyir. Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri bundan sonra dəstəkləməyə hazırdır”.
Trend.az
01.05.2015 14:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*