Azərbaycanca

Avropa İttifaqı və Dağlıq Qarabağ münaqişəsi: Xarici mətbuatın gözü ilə – ŞƏRH

31.01.2015 | 12:00

300px-AZ-qa-location-en.svgƏhalisinin sayına və ərazisinə görə, Cənubi Qafqaz bir çox münaqişələrin ocağıdır və Aİ-nın bu regiondakı münaqişələrin həllində aktyor kimi mühakimə aparmasına həm maneələr həm də imkanlar var. 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə və qonşu ölkələrdə sülh və sabitliyə əsas təhlükə kimi digər münaqişələrdən fərqlənir. Bu müharibənin tam təşəkküllü müharibəyə çevrilmə potensialı böyükdür və o bütün qonşuları-Türkiyə, Rusiya, Gürcüstan və İranı görünməmiş bir fırtınaya sürükləyə bilər.


Yalnız onu qeyd etmək kifayətdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars qaz kəməri Ermənistan və Azərbaycan arasında təmas xəttində və sərhədlərin bir neçə kilometr uzaqlığından keçir. Bu təmas xəttində isə hər gün vaxtı keçmiş atəşkəs bir neçə dəfə pozulur. Uzunmüddətli atəşkəs ordu yenidən quruculuğu üçün geniş maliyyə kapitalına malik olan Azərbaycan və Rusiyanın hərbi bazalarının yerləşdiyi Ermənistan arasında müharibənin bitməsinə zəmanət vermir. Dağlıq Qarabağ münaqişəsi qonşu regionda yerləşdiyinə və geniş miqyaslı dağıdıcı potensialı olduğuna görə, Avropa İttifaqının diqqətindən kənar qala bilməz.



Buna baxmayaraq, Aİ-nın tərəflərə razılıq əldə edilməsi üçün kömək etmək niyyəti yoxdur. Azərbaycan və bir çox Aİ rəsmiləri tərəfindən imzalanmış Tədbirlər Planında Aİ-nın mövqeyi odur ki, Aİ yalnız barışığı və münaqişə edən tərəflər razılığa gələndən sonra yenidənqurmanı dəstəkləyə bilər. Aİ-dən fərqli olaraq, Fransa ABŞ və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Oktyabr 2014-cü ildə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini münaqişə ilə bağlı danışıqlar aparmaq üçün Parisə dəvət etdi. Bu səfər zamanı Fransa prezidenti münaqişə tərəflərinə çərçivə sazişi imzalamağı təklif etmişdir. Azərbaycanın bu sazişə razılıq ehtimalı olsa da, erməni tərəfi Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan Ermənitan Silahlı Qüvvələrinin çıxarılmasına qarşı çıxmışdır. Bütün cəhdlərə baxmayaraq, Fransa Aİ-nin rolunu yerinə yetirə bilməz və Aİ-nin fəaliyyətsizliyini kompensasiya edə bilməz.



2003-cü il Avropa Təhlükəsizlik Strategiyası “Cənubi Qafqaz problemlərində daha güclü və aktiv siyasət” yürütməyin əhəmiyyətli olduğunu bəyan etmişdir. O zamandan bəri bir neçə QHT-nin maliyyələşdirilməsi istisna olmaqla, Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir ciddi tədbir görülməmişdir. 2010-cu ildən bəri Aİ bu prosesə az və ya heç təsiri olmayan -Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlığının- sülhməramlı layihələri həyata keçirən beş Avropa təşkilatının konsorsiumunu maliyyələşdirir. Bundan əlavə, bir neçə Avropa təşkilatları vətəndaş cəmiyyəti layihələrini maliyyələşdirirlər. Lakin, bir sıra səbəblərə görə bu layihələr hələ də öz meyvələrini verməyiblər. Azərbaycanda bir çox insanlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlığının yalnız Aİ-nin simasını qorumaq üçün yaradıldığını iddia edir. Digərləri isə Aİ-nin maliyyələşdirdiyi layihələrə lazımi qədər siyasi dəstək vermədiyi fikrindədirlər. Lakin bir çox belə layihələrin həyata keçiriləməsi yerli konteksdən asılıdır.


Aİ-nin hadisələrdən kənarda dayanması səbəblərinə gəldikdə isə bəziləri bunu etinasızlıq, digərləri qətiyyətsizlik, üçüncü qrup isə potensialın çatışmaması adlandırır. Sonuncu arqument qeyri-real görünür. Çünki Aİ son 20 ildə baş verən münaqişələr nəticəsində öz potensialını əhəmiyyətli dərəcədə artırmış və artıq Balkanlardakı münaqişələrdə uğur qazanmışdır. Bosniya və Herseqovinada, Kosovo və Makedoniyadadakı məsələlərin həllində bu ittifaqən təcrübələri var. Eləcə də Gürcüstan münaqişəsində.  Lakin bu aydındır ki, Aİ-nın Balkan ölkələrindəki kimi münaqişə tərəflərinə təsir mexanizmi yoxdur. Bu, onun potensialının çatışmaması demək deyil.



Karbohidrogen resursları ilə zəngin və Mərkəzi Asiyaya qapı rolunu oynayan Cənubi Qafqaz Aİ tərəfindən göstərilən bu etinasızlığa layiq deyil. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, qonşu regionda geniş şəkildə zorakılıq potensialı varsa, Aİ münaqişəyə etinasız yanaşa bilməz.

 


Rusiyanın təsir dairəsinə düşmə müddətində qətiyyətsizliklə bağlı iddialar digərlərindən daha inandırıcı görünür. Ukrayna inqilabı və Krımın Rusiya tərəfindən ilhaqı Rusiyanın qonşu regionda və potensial olaraq Aİ-də sabitliyi necə pozmasını göstərdi və bununla Rusiya Aİ-yə kəskin mesaj göndərdi. Bu hadisələrdən sonra Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli niyyəti olsa da, bu prosesə birbaşa qoşulması daha çətin olardı. Beləliklə, biz nəticəyə gələ bilərik ki, bu məsələdə sadəcə qətiyyətsizlik göstərilmişdir. Buna baxmayaraq, bu mənada qətiyyətsizliyin artması ilə parallel olaraq Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçi kimi cəlb olunmasının zəruriliyi də artıb. Heç kim Rusiyanın Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ tərəfindən nəzarət edilən təmas xəttində və ya sərhəddə gərginliyin artması zamanı Cənubi Qafqaza müdaxilə etməyəcəyinə və ya özünün bu bölgəyə müdaxiləsinə zəmanət verə bilməz. Bu risklər hazırda gündəmdədir. Regionda stabilliyin təmininə çağırış və etimadı artırmaq üçün tədbirlərin maliyyələşdirilməsi əvəzinə Aİ liderlərin bir araya gəldiyi siyasi platforma və münaqişə tərəfləri ilə işləmək üçün öz mexanizmini yaratmalıdır.

 



Bu rolu Fransa təkbaşına öz üzərinə götürə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əvvəlkindən fərqli birgə və ciddi Aİ fəaliyyəti lazımdır. Lakin bu ATƏT-in Minsk Qrupuna alternativ siyasi platforma kimi yox, ona paralel olaraq bu formatda danışıqlar aparan bir yeni siyasi platforma olmalıdır. Aydındır ki, kapitallarda belə qətiyyətsizliyin olması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Avropa İttifaqı çərçivəsində institusional təkanın çatışmamasından irəli gəlir.



Dağlıq Qarabağ – Azərbaycan və Ermənistan arasında kiçik bir ərazi –1918-1920-ci il qısaömürlü Azərbaycan Xalq Cümhuriyətinin və 1920-1991 Sovet Azərbaycanın tərkibində olmuşdur. 1991- ci ildə muxtar vilayət birtərəfli şəkildə Azərbaycan ayrılaraq öz müstəqilliyini elan etmişdir. Ermənistan və Azərbaycan arasında müharibə başlamamışdan əvvəl həmin bölgədə azərbaycanlılar və ermənilər birgə yaşayırdılar. 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs imzalanandan sonra bütün beynəlxalq vasitəçilik cəhdlərinə baxmayaraq, münaqişə hələ də həll edilməmiş qalmaqdadır.



http://www.futureforeignpolicy.com/eu-nagorno-karabakh-conflict/




KarabakhİNFO.com

 

 

31.01.2015 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*