Azərbaycanca

Avropa İttifaqının Bakı ofisinin rәhbәri: “Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” bizim üçün qәbuledilmәzdir”

01.04.2015 | 11:52
trend_malena_mard_030614
1999-cu ildә Azәrbaycanla Avropa İttifaqı arasında tәrәfdaşlıq vә әmәkdaşlıq haqqında sәnәd imzalanıb. Həmin sənəddə Azәrbaycanın әrazi bütövlüyü vә suverenliyi dəstəklənib”.

 

APA-nın mәlumatına görә, bunuAvropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard deyib.

 

Onun sözlәrinә görә, Avropa İttifaqı ATƏT-in Minsk qrupu hәmsәdrlәrinin nizamlanma prosesindəki sәylәrini dәstәklәyir: “Biz uzun müddәt etimadın qurulması üçün edə biləcəyimiz yardımla bağlı danışıqlar aparmışıq”.
Diplomat qeyd edib ki, Avropa İttifaqı әrazi bütövlüyü vә tәhlükәsizlik mәsәlәlәrinә xüsusi diqqәt yetirir: “Bizim üçün də “status-kvo” qәbuledilmәzdir. Ötәn il prezidentlәr 3 dәfә görüşüblər. Yüksәk sәviyyәli görüşlәrin keçirilməsi yaxşı haldır. Avropa İttifaqının Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi var. O, hәmsәdrlәrlә daim tәmasda olur”.

01.04.2015 11:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*