Azərbaycanca

Avropa Komissiyası: Aİ Dağlıq Qarabağda qondarma “seçkilər”i tanımır

05.09.2015 | 14:22

trend_european_union_building_230413_1

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma “seçkilər”i tanımır.

Bunu Trend-ə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mayya Kosyançiç separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”in legitimliyini tanımır və bu “seçkilər” Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi prosesinə zərər vura və danışıqlar prosesinə təsir göstərə bilməz.

Trend.az

05.09.2015 14:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*