Azərbaycanca

Avropa Məhkəməsi Ermənistan vətəndaşlarının işğal edilmiş Dağlıq Qarabağda hərbi xidmət keçməsinin qanuniliyini araşdırır

06.11.2014 | 16:04

European_Court_of_Human_Rights_040809_3Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşlarının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda orduda xidmət keçməsi ilə əlaqədar rəsmi İrəvana müraciət edib.

 

Trend-in “Armenianreport” saytına istinadən verdiyi məlumata görə, Avropa Məhkəməsi “Qraçik Muradyan Ermənistan Respublikasına qarşı” işi çərçivəsində bu məsələ ilə bağlı Ermənistan hökumətinə müraciət edib.

 

 

Qeyd edilir ki, bu məsələ dinc şəraitdə ölən əsgərlərin doğmaları tərəfindən dəfələrlə qaldırılıb.

 

 

Ermənistan vətəndaşları uzun illərdir məcburi əsasda Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində orduya çağırılır ki, bu da beynəlxalq normaların pozulması deməkdir.

 

“KarabakhİNFO.com”

 

 

06.11.2014 16:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*