Azərbaycanca

Avropa mətbuatı: Dağlıq Qarabağda fəaliyyət göstərən xarici şirkətlər əslində Ermənistanın işğalında iştirakçıdırlar

10.03.2017 | 11:24

garabag_090317

Tədqiqatçı alim Aleksandra Kristicin “moderndiplomacy” saytında yer almış “Human Misery monetized” başlıqlı məqaləsində müharibə dayansa da hələ də sülhün bərqərar olmadığı Qafqaz regionunda unudulmuş münaqişə fonunda işğaldan bəhrəlnmə haqqında bəhs edilir.

Trend-in məlumatına görə, məqalədə işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət geniş şəkildə işıqlandırılır və belə fəaliyətlə məşğul olan bır sıra xarici şirkətlərin adları qeyd olunur. Eyni zamanda, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində iqtisadi və kommersiya sistemi, həmçinin idxal və ixrac əməliyyatları və iqtisadi resurslar üzərində nəzarəti həyata keçirdiyi vurğulanır. Bununla yanaşı, Rusiya və Avropa İttifaqının üzvü olan dövlətlərin bankları vasitəsilə bu ərazilərə maliyyə vəsaitlərinin köçürüldüyü barədə məlumat verilir. Sözügedən ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əslində Ermənistanın işğalında iştirakçı olduqları, bununla da bu əraziləri tərk etmək məcburiyyətində qalmış məcburi köçkünlərin hüquqlarını pozduqları vurğulanır.

Məqalədə həmçinin Ermənistan hakimiyyəti tərəfindən Suriyada yaranmış humanitar fəlakətdən istifadə edilərək Qamışlı,Hələb və Suriyanın digər ərazilərində olan ermənilərin işğal edilmiş ərazilərimizdə, əsasən də Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın rayonlarında qeyri-qanuni olaraq məskunlaşdırıldığı qeyd olunur. Bir sıra beynəlxalq təşkilatların hesabatlarında əks olunduğu kimi bu zaman məcburi köçkünlərin əmlakının qarət edildiyi, onların evlərinin sökülərək yeni tikililər üçün material şəklində istifadə olunduğu, həmçinin bu ərazilərdə mövcud olan təbii ehtiyatların talan edildiyi diqqətə çatdırılır.

Müəllif qeyri-qanuni iqtisadi fəaliyyətlə, həmçinin qanunsuz miqrasiya yolu ilə Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın digər işğal edilmiş ərazilərində demoqrafiyanın və infrastrukturun dəyişidirilməsinə cəhd göstərildiyi xüsusi olaraq vurğulanır.

Müəllif erməni şirkətləri və əsasən erməni diasporunun nəzarəti altında olan xarici biznesin işğal edilmiş ərazilərin iqtisadi, demoqrafik və mədəni xarakterində daimi dəyişiklikləri mümkün etdiyini, həmçinin maliyyələşdirilməsində həlledici rol oynadığını qeyd edir. Bunun da öz növbəsində, şəxsi qazanclar və bu ərazilərin işğalının davam etdirilməsinin dəstəklənməsinə zəmin yaratdığını əlavə edir.

Məqalədə kənd təsərrüfatı və içki kampaniyaları (“Stepanakert Brandy Factory”, “Artsakh Fruit CJSC”) tərəfindən qeyri-qanuni istehsalı kamuflaj etmək üçün məhsulların bilərəkdən “Ermənistanda istehsal olunub” etiketi ilə markalandığı və bununla da dövlətlər, beynəlxalq alıcılar və istehlakçıların aldadıldığı bildirilir.

 

Trend.az

10.03.2017 11:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*