Azərbaycanca

Avropa Parlamentində müzakirələrin siyasi faydası ola bilər

16.07.2013 | 12:40

1378983338_ffffffffffffFazil MUSTAFA

Millət vəkili
Fəlsəfə doktoru

İlk öncə qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşma imkanları əslində tükənib. Çünki bu qondarma qurumun mövcudluğu məhz həmin güclərin stimullaşdırılması nəticəsində mümkün olub və bu siyasətdən əl çəkilməsi gözlənilən deyil. Bu siyasətin dəyişməsi üçün yalnız bizim iradəmiz təsir göstərə bilər. Bu isə daha effektli çalışmalarımızla mümkün ola bilər. Artıq problemin çözülməsi üçün Azərbaycan tərəfinin yeni situasiya yaratması zəruridir. Təbii ki, bu imkansız kimi görünə bilər amma, yenə də daha ağıllı yol tapmaq mümkündür. Sadacə xalqın bu prosesə uzun illər sistemli hazırlaşması lazımdır.

Məlumdur ki, münaqişə ətrafında uzun zamandı vasitəçilik missiyası fəaliyyət göstərir. Rusiya, Amerika və Fransa ATƏT-in vasitəçilik missiyasının üzvlərdir. Burada da aşkar görünür ki, vasitəçilər konkret dövlətin maraqlarının diktor mətni ilə ifadəçilərindən başqa bir rola sahib deyillər. Belə bir durumda, yalnız həmin dövlətlərin münaqişəyə yanaşmasında bir siyasət dəyişikliyinin baş verməsini gözləmək lazımdı. Vasitəçilər hətta xoş niyyətlə olsa belə, hansısa obyektiv görüş ortaya qoya bilməzlər. Çünki onların fəaliyyəti maraqlardan asılıdır.

Mən özüm Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüyəm. Orada gedən müzakirələrdə iştirak edirəm. Bir məsələ bəllidir ki, Avropa Parlamentində  müzakirələrin sadəcə siyasi faydası ola bilər. Təhqiqat imkanlarını düşünmək sadəlövhlük olardı. Çünki Rusiyanın başı üzərindən Avropa Birliyinin hansısa əməli addım atması gözlənilən deyil. Ancaq bütün hallarda Avropa məkanında ictimai rəyin dəyişməsi üçün bu müzakirələrin böyük əhəmiyyəti var.

“KarabakhİNFO.com”

16.07.2013 12:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*