Azərbaycanca

Avropa Parlamentinin deputatından eksklüziv müsahibə

22.10.2013 | 16:50

1382446106_1393162_553645894716427_1722733121_n-Bu Azərbaycana ilk səfərinizdir. Ölkə haqqında təəssüratlarınız necədir?

-Bəli, bu mənim Azərbaycana, Bakıya ilk səfərimdir. Ölkəniz məni təəccübləndirdi. Onu deyim ki, həyəcanlandım və heyran oldum. Bakının arxitekturası olduqca gözəldir. Dinamik inkişaf edən bir ölkəniz var. Ümid edirəm ki, bu inkişaf belə də davam edəcəkdir.

 

-Avropadan Azərbaycan necə görünür. Biz sürətlə inkişaf edən Avropa ailəsinin layiqli üzvüyükmü?

 

– Qeyd etdiyim kimi Azərbaycanın inkişafı göz önündədir və danılmazdır. Avropadan Azərbaycana baxdığımız zaman ölkəni Avropaya inteqrasiya prosesini və əlaqələrini inkişaf etdirməyə çalışan bir ölkə olaraq görürük. 1999-cu ildə Azərbaycanla Avropa Birliyi arasında imzalanan Avropa Qonşuluq Münasibətləri haqqında müqaviləni əlaqələrin inkişafına daha çox töhfə verən addım hesab edirəm. Bu müqavilə Azərbaycanın Avropaya inteqrasiyasına böyük təkan oldu.

 

Avropa Parlamentinin deputatından eksklüziv müsahibə-Bu gün sürətlə inkişaf edən bir Azərbaycan var. Sizcə Azərbaycan Avropa Birliyinə üzv olmaq üçün daha hansı addımları atmalı, işləri görməlidir?

 

-İcazə verərdiniz mən bu suala cavabı gəldiyim ölkə-Xorvatiya ilə müqayisədə  verim. Xorvatiya uzun müddət çalışmasından sonra cari ilin iyun ayında Avropa Birliyinə üzv olmuşdur. 10 il müddətində durmadan Xorvatiyanın Avropa Birliyinə üzv olması üçün işlər görülmüşdür. Bu işlər istər siyasi nöqteyi-nəzərdən, istər Avropa Birliyinin daxili nizamnaməsinin həyata keçirilməsi baxımından görülmüşdür. Lakin onu da qeyd etmək istəyirəm ki, təkcə dövlətin gərgin fəaliyyəti deyil, bu istiqamətdə Azərbaycan cəmiyyətinin çox çalışması zəruridir. Prezident seçkiləri bu yolda ölkənin arzu və istəklərinin ifadəsi baxımından mühüm rol oynayır. Düşünürəm ki, Azərbaycan keçirilən prezident seçkiləri ilə uğurlu addım atmışdır.

 

-Yəqin ki, Azərbaycanın Qarabağ torpaqlarının işğalı ilə bağlı məlumatlısınız. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın düşmüşdür. Avropa Parlamentinin üzvü olaraq problemin həlli yolunu nədə görürsünüz?

 

Avropa Parlamentinin deputatından eksklüziv müsahibə-Əlbəttə ki, məsələ ilk öncə iki dövlət arasında həll olunmalıdır. Avropa Birliyi olaraq, biz, problemin sülh yolu ilə həllində maraqlıyıq. Düşünürəm ki, təmsil etdiyim Avropa Birliyi Parlament Assambleyası olaraq problemin həllini hərbi yolla deyil, sülh yolu ilə razılaşmada görür.

 

-Müsahibəyə razılıq verdiyiniz üçün “KarabakhİNFO.com” e-jurnalı olaraq, sizə təşəkkürümüzü bildiririk.

 

– Təşəkkür edirəm. Sizinlə müsahibə mənim üçün də çox xoş oldu.

 

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

22.10.2013 16:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*