Azərbaycanca

Aydın Mirzəzadə: “Ermənistan ciddi seçim etməlidir”

11.08.2014 | 17:25

aydin mirzezadeMilli Məclisin deputatı Aydın Mirzəzadə öz facebook profilində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünü təhlil edib.

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı həmin fikirləri təqdim edir:

 

“Soçi. Bəs sonra ?
Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iki gün çəkən görüşləri başa çatdı.
Görüşlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsinə həsr edilməsi barədə məlumat verilsə də, onun əsas mövzusunun Dağlıq Qarabağ probleminin müzakirəsi olduğu hamı üçün aydın idi. Avqustun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər dünyanın diqqət mərkəzində oldu. Hər iki tərəfdən olan böyük itkilər dünyanın bu həssas bölgəsində müharibənin yenidən başlaması ehtimalından xəbər verirdi. Yeni müharibə başlayacağı halda isə onun masştabı və əks-sədası Birinci Qarabağ Müharibəsinin (1991-1994) göstəricilərini çox – çox geridə qoya bilərdi.
Ancaq adi siahlardan istifadə etməklə ( artlilleriya, tanklar, təyyarələr və uzaqvuran raketlərdən istifadə edilmədi ) gedən iki günlük döyüşlərə dünya birliyinin reaksiyası olsa da, ancaq Rusiya tərəfi döyüşlərin praktiki olaraq dayandırılması və tərəflərin onun ərazisində təcili görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi.
Ermənistan və Azərbaycan arasında prolemin həlli ilə bağlı görüşlərin 20 ildən çox tarixi olsa da bu görüş müəyyən ilklərlə yadda qaldı.
İlk dəfə idi ki, cəbhə xəttindəki gərginlikdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləidən birinin təklifi ilə təcili görüş keçirilirdi.
İlk dəfə idi ki, tərəflər iki gün ərzində bir neçə rəsmi və qeyri-rəsmi görüş keçirdilər.
İlk dəfə idi ki, həmsədr ölkə görüşdə üçüncü bir tərəf kimi iştirak edirdi.
Bütün bu amillər Rusiyanın bu məsələdə praqmatik mövqe tutmağa çalışması kimi qiymətləndirilə bilər. Çünki, problemin həll edilməməsi Rusiyanın cənub sərhəddində, müharibə ehtimalının yüksəlməsinə, onun hər iki ölkə ilə münasibətlərinədə pozitivliyin itirilməsinə gətirib çıxara bilərdi.
Görüşün özü barəsində çox az məlumat verildi. Prinsipcə bu müsbət qiymətləndirilməlidir. Tərəflərə piar deyil, problemin həlli ilə bağlı konkret müzakirələr lazım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı buna konkret sübut idi.
Ancaq Ermənistan dövlət başçısı haqqında bunu demək olmazdı. Onun Rusiya prezdenti ilə görüşdə verdiyi bəyanat ilk növbədə öz ölkəsinin əleyhinə işləməyə başladı. Sarqsyan bildirdi ki, Azərbaycan məqsədli surətdə Ermənistan-Azərbaycan sərhəddində, cəbhə xəttində gərginlik yaratdı”. Hansı ki, o əvvələr problemin guya Azərbaycanla “DQR” arasında olduğunu və Qarabağ ermənilərinin müqəddəratını həll etdiyini bildirirdi. İndi isə o Qarabağ erməni icmaasının “ müqəddaratı” barəd dediklərini unudaraq, həyasızcasına Ermənistan -Azərbaycan sərhəd xəttini Beyləqan, Ağdam , Goranboy və Kəlbəcər torpaqlarından çəkirdi.
Görüş iki saat ərzində mətbuatın iştirakı olmadam keçirildi. Heç sonra da hər hansı bəyanat və nəticələr barəsinə məlumat verilmədi. Yeganə məlumat Rusiya xarici işlər naziri Sergey Lavrovun “Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək” fikri oldu.
Təhlilçilərin S. Lavrovun bəyanatında diqqətlərini çəkən” xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər” fikri oldu.Rusiyanın baş diplomatının sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir.
Axırıncı cümlə müəyyən maraq doğurur, baxmayaraq ki, bunu hər tərəf bir cür yoza bilər. Ermənistan prezidentinin İrəvana qayıtdıqdan sonra verdiyi bəyanat da heç də sülhpərvər sayıla bilməz. İşğalçı dövlətin işğal etdiyi dövlətə qarşı yenə də hədə gəlməsi heç də onun sülh istəməsindən xəbər vermir.
Soçi görüşü başa çatsa da problem hələ də durur və o öz həllini tələb edir. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması və Azrbaycanın ərazi bütövlüyününü tanımaq istəməsi ölkəmizi razı sala bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövqeni dəfələrlə səsləndirib və cəmiyyət liderini tam dəstəkləyib. Ötən dövr göstərdi problemin dondurulması isə problemi həll etmir, onu daha da ağır vəziyyətə itələyir.
Çətinliklərə baxmayaraq Azərbaycan ötən illərdə öz iqtisadiyyatını və ordusunu kifayət qədər gücləndirə bilib. Beynəlxalq hüquq da ölkəmizin tərəfindədir.
Ona görə də Ermənistan bu məslədə ciddi seçimini etməlidir. Ya Azərbaycanın ərazi bütövlüyün tanımalı, ya da bütün istqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir.
Onun seçiminə ayrılan vaxt isə çox azdır”.

 

“KarabakhİNFO.com”

 

 

 

11.08.2014 17:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*