Azərbaycanca

Azərbaycan ATƏT-i işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır

06.10.2016 | 15:08

bayraq_meydani_120715

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyəti təşkilatın öz prinsipləri ilə ziddir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin təşkilatın daimi şurasının iclasında yayılan bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Azərbaycan bununla bağlı öz narazılığını bildirir və xüsusən ATƏT çərçivəsində qəbul olunmuş beynəlxalq öhdəliklərinə uyğun olaraq bu fəaliyyətə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırır.

Sənəddə bildirilir: “Azərbaycan əhalisinə qarşı hüquq və azadlıqların bu cür fundamental pozulması ATƏT öhdəliklərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan dəfələrlə üçüncü ölkənin işğal olunmuş Azərbaycan ərazisində iqtisadi və diğər fəaliyyəti barədə çoxsaylı faktlar təqdim edib”.

Nümayəndəliyin bəyanatında qeyd edilir ki, bu qeyri-qanuni fəaliyyət Azərbaycanın işğal olunmuş ərazilərində birbaşa və ya dolayı yolla demoqrafik tərkibi dəyişir, ermənilərin sayı çoxaldılmaqla didərgin düşmüş azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısı alınır.

«Biz yenidən ATƏT üzvlərini Azərbaycanın işğal olumuş ərazilərində istənilən fiziki və hüquqi şəxslərin fəaliyyətinin qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırırıq”.

Trend.az

06.10.2016 15:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*