Azərbaycanca

Azərbaycan Avronest PA-nın Büro iclasına qatılacaq

14.10.2014 | 12:28

elxan-suleymanovAzərbaycan Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 15-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcək.
Parlamentdən verilən məlumata görə, iclasda qurumun cari və gələcək fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək, təkliflərə baxılacaq.
Bir sıra təşkilati məsələlər gündəmdə olacaq. Avropa Parlamentini Avronest PA-da təmsil edəcək yeni deputat heyəti “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələrinə təqdim ediləcək, IV plenar sessiyaya hazırlıq işləri görüləcək. Bu ilin oktyabr-noyabr aylarında Ukraynada və Moldovada keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

 
Azərbaycanlı deputat Büro iclasında müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək. Səfər oktyabrın 17-də başa çatacaq.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

14.10.2014 12:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*