Azərbaycanca

Azərbaycan Belarusdan “Stilet” T382 zenit-raket kompleksləri alır

12.07.2014 | 10:42

    10524068_601203446659809_1199374446_nBelarusun “Tetraedr” şirkəti hazırda sifarişin yerinə yetirilməsi ilə məşğuldur

Belarusun “Tetraedr” şirkətinin nümayəndəsi İqor Novik bildirib ki, “Stilet” kompleksləri bundan əvvəl də Azərbaycana ixrac edilib. Məlumatda qeyd olunur ki, hazırda Azərbaycan ordusunun sərəncamında iki batareya “Stilet” kompleksləri var. Növbəti partiyada neçə batereya kompleksin olacağı açıqlanmayıb.

Məlumat üçün bildirək ki, “Stilet” zenit-raket kompleksləri quru qoşunlarının, strateji hərbi və mülki obyektlərin istənilən hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub. Kompleks Ukraynanın “Luç” hərbi zavodunda istehsal edilən ikipilləli T382 idarəolunan zenit raketləri ilə təchiz edilib. Raketlər 250 metrdən 10 min metrə qədər hündürlükdə istənilən hava hədəfini dəqiq nişan almağa imkan verir.

Kompleks müasir radioelektron və radiolokasiya izləmə vasitələrinin köməyi ilə eyni anda 48 hava hədəfini aşkar edir, onları 28 kilometr məsafədən izləyə bilir. Kompleks bir hədəfə idarəolunan zenit raketi vasitəsilə iki zərbə endirmək imkanındadır. Bu da hədəfin tamamilə məhv edilməsinə təminat yaradır.

 

 

“KarabakhİNFO.com”

 

12.07.2014 10:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*