Azərbaycanca

Azərbaycan diaspor təşkilatları Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında aksiya keçirəcək

08.02.2017 | 10:30

show-image

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin Baş Qərargahı qarşısında mitinq keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkil etdiyi aksiyanın fevral ayının 24-də keçirilməsi nəzərdə tutulub.

 

Cəmiyyətin rəhbəri Münəvvər Vahabova bildirib ki, aksiyada istifadə etmək üçün Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər, şüarlar və yerli əhaliyə paylanması üçün nəzərdə tutulan Xocalı soyqırımı haqqında ingiliscə ətraflı məlumatın göstərildiyi vərəqələr çap olunub.

 

Fevralın 25-də isə Nyu-York Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşlarının, ABŞ-dakı Azərbaycanın Səfirliyinin nümayəndələrinin, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif xalqların, icmaların liderlərinin, Bruklin şəhərinin prezidenti Erik Adamsın iştirakı gözlənilir.

 

Apa.az

08.02.2017 10:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*