Azərbaycanca

Azərbaycan Diasporası

26.04.2013 | 14:42

   1366972608_diaspora-hazir  Azərbaycan müstəqillik qazanandan dünyada tanınmaq, səsini dünya ictimayyətinə çatdıra bilmək məqsədilə diaspora yaratmağa çalışır. O diaspora ki, onun haqq səsini hər yerə çatdıracaq, onun tanınmasında önəmli rol oynayacaq…      

           Azərbaycan müstəqillik qazanandan 90–cı illərin sonlarına qədər daxili problemləri ilə tam əhatə olunduğundan diaspora məsələsinə demək olar ki, hec diqqət ayıra bilməmişdi. Bu illərdə diasporamız müstəqil şəkildə təşkilatlanmağa çalışırdı və çox önəmli işlərə də imza atmışdı. Azərbaycanın tanınmasında, onun problemlərinin dünyaya çatdırılmasında böyük işlər görməyə başlamışdı.

 

              2000–ci illərin əvvəllərindən dövlət diaspora məsələsinə diqqət ayırmağa başladı. Hökumət diaspora işinin gücləndirilməsi, dünyadakı azərbaycanlıları birləşdirmək üçün Dünya Azərbaycanlıları Konqresini yaratdı. İran vətəndaşı olan və olmuş Azərbaycan türkləri burda üstünlük təşkil etdilər və buna görə də DAK-ın işi Azərbaycanın maraqlarına xidmət etməkdən çıxdı. DAK İrana qarşı mübarizə aparan, onun ərazisini parçalamağa çalışan, buna görə də İranı işğal etməyə çalışan qüvvələrin oyuncağına çevrilən təşkilata çevrildi. İran da buna görə Azərbaycanı günahlandırdı və Azərbaycana qarşı siyasətini sərtləşdirdi. Ele bu səbəbdən də  dövlət diasporaya nəzarət etmək üçün Diaspora Komitəsini yaratdı. Bu işi daha da qarışdırdı. Həqiqətən də Azərbaycan üçün nələrsə etməyə çalışan əsl vətənpərvər insanlar müəyyən səbəblərdən kənarda qaldılar. 2006-cı ildə  hökumət Dünya Azərbaycanlılarının II Qrultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasını yaratdı. Məqsəd isə bir idi diasporanı düzgün şəkildə təşkilatlandırmaq. Amma bu da bir nəticə vermir…

 

               Bütün bu qarışıqlıqlardan isə itirən Azərbaycan oldu, xaricdə yaşayan sadə azərbaycanlılar oldu. Məncə bu problemi tezliklə həll etmək lazımdır. Bu qarışıqlıqlar heç də Azərbaycana ziyansız ötüşmür. Nəzərə alsaq ki, Erməni diasporası kifayət gədər güclüdür və heç bir fürsəti əldən vermir və hətta Azərbaycanın dövlət nümayəndələrini nəinki avropada həm də okeanın o tayında Argentinaya səfəri zamanı belə izləyir və ən azı etiraz mitinqi keçirə bilirlərsə o zaman ciddi- ciddi düşünmək lazım gəlir. Bu kimi daha böyük aksiayalar, mitinqlər, təşəbbüslər haqqında yüzlərlə misal gətirmək olar.  

 

           Axı nədir bizim diasporanın passivliyinə səbəb? Nədir bizim diasporanın problemi ki, onun işi  yalnız müdafiə üzərində qurulub? Əsasən belə bir səbəb göstərilir  ki, bu   diasporanın yaşıyla bağlıdır.  Ermənilərin dünyanın müxtəlif yerlərində məskunlaşması prosesi 100 ildən artıqdır ki, davam edir. Bir necə nəsil həmin ölkədə yerləşiblər. Bu o deməkdir ki erməni diasporu 100 ildir ki, formalaşır. Dünyada erməni diasporası güclü diaspora hesab olunur. Azərbaycan diasporasının formalaşması isə əsasən biz  müstəqillik qazandıqdan sonra başlayıb,  dünyanın ən gənc diasporasıdır və s.                         

          Bəs azərbaycandan kənarda yaşayan və elə əslində diasporanın üzvü olan ya da olmalı olan həmvənimiz nə düşünür?   

 

“Ümümilikdə Türkiyədə 5mln artıq olan Azərbaycan əsilli  türk vətəndaşları var.  Onları zəiflədən ən böyük səbəb dini baxışlardır”   

Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu, “Palmali” şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu  belə hesab edir:

 

         “Mən yaxşı olar ki Türkiyədə yaranan diaspora haqqında danışım.  Məncə diasporasinin bu günkü vəziyyətini  dəyərləndirmək üçün onun tarixinə nəzər salmaq lazımdır. Ümumilikdə Azərbaycandan mühacirət dalğasının 3 dövrə bölmək olar. Bunlar Şeyx Samildən sonra az miqdarda Azərbaycandan çıxanlardır,1918-ci il demokratik respublikanın süqutundan sonra qırağa çıxanlardı, 3-cü də  çox az sayda 2-ci dünya müharibəsi zamanı əsir düşənlərdir. Əsasən isə SSRi dağıldıqdan sonra Türkiyəyə  gələnlərdir. 1-ci etapda ziyalılar daha cox idi. Sonra  isə yalnız pul dalınca gələnlərdir və onların da əksəriyyəti qeyri-rəsmi işləyənlərdir. Burda leqal iş tapmaq özu-özlüyündə çox çətindir. Bu çox önəmli nüansdır. Yəni bu Azərbaycanı kimlərin təmsil etdiyinin  göstəricisidir. Digər tərəfdən də Türkiyəyə köç edən azərbaycanlılar, bu eləcədə dünyanın digər ölkələrində yaşayan azərbaycanlılara da aiddir, heç biri burda yerləşmək fikrində olmayıblar. Amma ümümilikdə Türkiyədə 5mln artıq olan Azərbaycan əsilli  türk vətəndaşları var. Sizə bir nüansı da deyim ki, bu da çox önəmlidir,  bunların yarısı tərəkəmələrdir yəni sünnülər, digər yarısı azərilərdir yəni şiələrdir. Bax bizim elə passiv dediyimiz hətta zəif adlandırdığımız diaspora məhz bu səbəbdən passivdir. Daha bir önəmli məsələni qeyd etmək istəyirəm. Keçən seckilərdə böyük millət məclisində 7 nəfər gürcü əsilli türk vətəndaşı vardı 2 nəfər azərbaycanlı vardı. Deyim ki, təxminən 150 min nəfər gürcü var Türkiyədə. Bilirsiniz deyəndəki bəs niyə indiyə qədər yəni 90cı  illərədək hec bir iş görülməyib cavab verim: ona görə ki, tənbəldirlər, təhsilə fikir verməyiblər, birdənə də olsun dillərində gəzet buraxmayiblar,  heç bir ədəbiyyat nümunəsi olmayıb. Yəni  ancaq necə dolanmaları ilə maraqlanıblar və bir də nə zamansa Azərbaycandan bura qastrol edən sənət adamalrının konsertinə gəlib ağlaşıb gediblər. Yəni bu insanlar bir qurumda birləşək nəsə bir fəaliyyət göstərək deyə düşüncəsi olmayıb. Başqa heç bir səbəb yoxdur”.

 

Millət vəkili  Zahid Oruc: “Başqa bir tərəfdən digər dövlətləri lobbiləri o dövləti dəstəkləyir onu hərəkətə gətirir bizdə isə əksinə dövlət onları dəstəkləyir.


Mənə elə gəlir ki, Azərbaycan dövləti tərəfindən  diaspora və lobbiçilik fəaliyyətinin əsasları yaradıldı. Mədəniyyətimizi təmsil etmək və. s. məsələrdə Azərbaycanlılar bir araya gəlirlər və birləşmənin zəruriliyini basha düşülür. Amma etiraf edək ki, bu çox mürəkkəb bir məsələdir çünki, 200 illik ayrılıqlar fərdi vətəndaşların baxışlarında özünü göstərir.  Mənim bu məsələylə bağlı ola bilər ki, qəribə səslənən bir formulum var: mənə görə birləşmək mümükün deyilsə heç lazm da deyil. Hər vətəndaş özü özlündə bir diasporadır. Yetər ki, o Azərbaycan maraqları üçün işləsin. Əgər onun kimdənsə xoşu gəlmirsə hansısa bir soydaşımızin rəhbərliyini qəbul etmirsə,olsun. Çünki zor gücünə  birləşmə özü gücü zəiflədir.  Ciddi iğtişaşlara yol açır. Bu olmasın deyə minlərlə insanımız bir yerdə olmalıdır formulunu qəbul etmirəm. Başqa bir tərəfdən digər dövlətləri lobbiləri o dövləti dəstəkləyir onu hərəkətə gətirir bizdə isə əksinə dövlət onları dəstəkləyir. Zənn edirəm ki, onilliklər sonra o insanlar ki Azərbaycanli olmaqdan başqa bir yolları yoxdur və vahid bir ölkələri var düşüncəsini anlayacaqlar o zaman onıların bütün addımları dövlətçiliyimiz  naminə atılacaqdır.

 

        Fikirlərini öyrəndiyimiz hər iki ziyalı diasporanın fəaliyyətini dəyərləndirərkən obyektiv və subyektiv səbəblər göstərdilər. Və bütün bunlar Azərbaycan övladı  kimi hər birimizə nə olursa olsun  güclü, sözünü deyə bilən,  haqq səsimizi dünyaya catdıracaq bir diasporumuz olmasına çalışmalı olduğumuzu bir daha göstərdi. Çünki, bu həm də bizlərin bir millət olaraq var olmamızın təminatçısıdır.

 

 

 

Ülviyyə Bəylərqızı

KarabakhİNFO.com

 

26.04.2013 14:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*