Azərbaycanca

Azərbaycan diasporunun tanınmış nümayəndəsi vəfat etdi

12.01.2015 | 12:09

g

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı APA-ya istinadən xəbər verir ki,  20 ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş vəfat edib.

 

 

Ağır xəstəlikdən əziyyət çəkən G. Kazımova-Atəş  Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

 

Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun cənazəsi Azərbaycana gətirilərək dəfn ediləcək.

 

 

Qeyd edək ki, 1961-ci il noyabrın 8-də Bakıda anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvü olub. O, Avropada azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək məqsədilə 2004-cü ildə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyini yaradıb.

 

 

Azərbaycan Prezidentinin sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, “əməkdar mədəniyyət işcisi” fəxri adına layiq görülüb. 2014-cü ildə Haaqada yazıçının yaradıcılıq gecəsi keçirilib.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

12.01.2015 12:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*