Azərbaycanca

Azərbaycan ermənilərlə mübarizə üçün yeni PLAN hazırlayıb – RƏSMİ

15.01.2015 | 19:20

87515

“Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 2015-ci ildə Ermənistan hökuməti, erməni diasporu və lobbisinin qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar planlaşdırdığı kampaniyalara qarşı əks tədbirlərin təşkilinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri, o cümlədən Qarabağ, xüsusilə Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına və qəbul edilməsinə xüsusi önəm verəcək”.

 

 

“KarabakhİNFO.com”  beynəlxalq elektron jurnalının APA-ya istinadən verdiyi xəbərə görə, bunu  açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

 

 

O, qeyd edib ki, erməni diasporuna qarşı effektiv mübarizə tədbirləri ilə bağlı artıq Komitə xüsusi fəaliyyət planı tərtib edib, fəaliyyət planında bır sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

 

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın xaricdəki diaspor təşkilatları ermənilərin qondarma soyqırımı iddialarının 100 illiyi ilə bağlı fəaliyyətini türk diasporu ilə koordinasiyalı şəkildə quracaq:

 

 

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı və Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycan diasporunun fəaliyyətinin əsas prioritetləri olaraq qalır. Bu il daha bir neçə ölkədə Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılacaq”.

 

 

Komitə sədri bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları ilə əlaqədar Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği məqsədilə müxtəlif kampaniyaların təşkili də nəzərdə tutulub:

 

 

“Fevral ayında isə Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının da keçirilməsi planlaşdırılıb”.

 

 

N. İbrahimov qeyd edib ki, bu ilin aprel ayında Bakıda Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər beynəlxalq qurumların təşkilatçılığı ilə III Müştərək Cəmiyyətlər Forumu, buna qədər isə fevral ayında Brüsseldə “Avropada etimadın bərpa olunması” mövzusunda konfrans da təşkil olunacaq.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

15.01.2015 19:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*