Azərbaycanca

“Azərbaycan mənim ikinci Vətənimdir”

24.12.2013 | 11:15

1387869101_mukhammad-asif-nur-tigr-kavkaza-interesen-pakistanu-s-tochki-zreniya-sovmestnykh-initsiativ-asif-1Muhammed Asif Noor: “Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”   Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru və Azərbaycan–Pakistan Gənclər Forumunun prezidenti cənab Muhammed Asif Noor “KarabakhİNFO.com” e-jurnalına müsahibə verib.  

 

 

Cənab Noor, Azərbaycan haqqında fikirlərinizi öyrənmək bizim üçün maraqlıdır. Bu barədə nə deyə bilərsiniz?   Azərbaycan böyük imkanlara malik olan bir dövlətdir. Azərbaycan iqtisadiyyatı dünyanın inkişaf etməkdə olan iqtisadiyyatlarından biridir. Hazırkı hökumət ölkənin sürətlə inkişaf etməsinə böyük diqqət yetirir və mən inanıram ki, yaxın zamanda Azərbaycan aparıcı regional gücə çevriləcək. Mən Azərbaycanı ikinci Vətənim hesab edirəm. Azərbaycanda mənim çoxlu dostlarım var və mən onlardan müxtəlif sahələrdə məlıumatlar əldə edirəm. Çünki Azərbaycan regionun və dünyanın enerji, iqtisadi və siyasi gücünə çevrilməkdədir. Regionun enerji təhlükəsizliyi Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri olmadan təsəvvür edilə bilməz. Bu cür önəmli inkişaf Azərbaycanın BMT Təhlükəsizlik Şurasında iştirakı ilə nəticələnmişdir. Bu, Azərbaycanın bir ölkə kimi layiqli qələbəsidir. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında əhəmiyyətli körpü rolunu oynamaqdadır.     Dağlıq Qarabağ məsələsində Pakistanın mövqeyi necədir?   Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi aydındır və Pakistan bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Pakistan iştirak etdiyi hər bir beynəlxalq tədbirlərdə öz haqq səsini ucaldaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığını ifadə edir və Dağlıq Qarabağ məsələsinin ədalətli həllinin tərəfdarıdır. Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlətdir. Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər qurulduqdan sonra əlaqələr ancaq irəliyə doğru inkişaf etmişdir və indi də inkişaf etməkdədir.   Pakistan özünün səfirliyini açdığı ilkin şəhərlər sırasında Azərbaycanın paytaxtı Bakıda yer alır.   İki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraqlar çərçivəsində humanitar, beynəlxalq, regional və digər məsələlər üzrə inkişaf etməkdədir. Əlaqələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, qarşılıqlı maraq doğuran məsələlərdə bir-birlərinə dəstək verirlər. Pakistan Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Azərbaycan da BMT çərçivəsində Kəşmir probleminin həllində öz dəstəyini Pakistandan əsirgəmir.   Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir və Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birilərinin mövqeyini dəstəkləyirlər. Ölkələr arasındakı əlaqələr qarşılıqlı hörmətə əsaslanır.    

 

 

   Sevda Qurbanqızı

 

 

  “KarabakhİNFO.com”    

24.12.2013 11:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*