Azərbaycanca

Azərbaycan mətbuatında İLK DƏFƏ: “Qanlı Yanvar” faciəsinin EKSKLÜZİV FOTOLARI

20.01.2015 | 16:59

15

 Rasim Sadıqov : “Mənim üçün əsl qəhrəmanlıq, o gecə baş verən hadisələri çəkmək idi”

 

 

 

sss

 

 

 

20 Yanvar hadisələrindən 25 il ötür. Həmin hadisələri güllə yağışında qorxmayıb 20 Yanvar faciəsi zamanı baş verən anları lentə alan təcrübəli foto-müxbir Rasim Sadıqov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verib. Rasim Sadıqov müsahibəsində 20 Yanvar hadisələri zamanı apardığı çəkilişlər barədə danışıb. Həmin müsahibəni onun verdiyi cavablar əsasında sizə təqdim edirik.

 

 

9 (1)

 

 

 

Foto-müxbir söhbət zamanı bunları qeyd edib: “1990-cı il yanvarın 19-da Nəcəf Nəcəfovun göstərişi ilə o vaxt ki, Ailə Sağlamlıq Mərkəzi binasının  sonuncu mərtəbəsinə çıxıb, ordan ponoram çəkilişlər aparmalı idim. Çəkilişləri etdim və təxminən saat 17- 18 arası Azərbaycan Nəşriyyatında yerləşən redaksiyaya qayıtdım. Redaksiyada işləri qismən yekunlaşdırdım. Axşam saat 20:00-a yaxın Nəşriyyatın qarşısında gurultu səsi eşitdim. Sonra məlum oldu ki, hərbçilər televiziyanın binasını partladıblar. O zaman başa düşdüm ki, vəziyyət acınacaqlıdır. Saat 21:00-a yaxın gördüm ki, şəhərdə hərəkət edən maşınların sayı artdı və qoşunun şəhərə daxil olması haqqında xəbər yayıldı. Nəşriyyatın binasından çıxıb düz 20 Yanvar ərazisinə qədər piyada getməli oldum. O dövr şəkil çəkmək indiki dövrlə müqayisədə çox çətin idi. Xüsusilə də, hava qaranlıq olanda. Əraziyə çatanda mənə dedilər ki, kimin əlində kamera görürlərsə, onu öldürürlər. Məndə bütün bunları nəzərə alıb işimi ehtiyyatlı gördüm. Yəni, o zaman fikrimcə, özünü ələ vermək qəhrəmanlıq sayılmırdı. Əsas qəhrəmanlıq çəkilişi aparmaq idi. Məqsədim həmin çəkilişi aparıb tarixə yaymaq idi”.

 

 

10

 

 

 

R.Sadıqovun sözlərinə görə, şəhərə daxil olan əsgərlər əslində heç əsgərə oxşamırdılar: “Onların gözlərindən hiss olunurdu ki, bunlara ya narkotik veriblər ya da içki içirdiblər.  O insanların normal olmadıqlarını başa düşdüm və Nəşriyyata geri qayıtdım. Nəşriyyata qayıdan zaman Nəcəf bəyə dedim ki, mənə bir neçə uşaq lazımdır ki, mən şəkilləri çəkdikdən sonra plyonkaları onlara verim. Həmin uşaqlarda plyonkaları nəşriyyata gətirsin. Əgər tutulsam əlimdə olan informasiyalar məhv olmasın. Bu yolla çəkilişlər apardım. Onu da deyim ki, çəkilişləri  çox gizli edirdim”.

 

 

11

 

 

Həmsöhbətimiz bildirdi ki, o çəkilişləri əsasən  Olimp mağazası, Salyanski Kazarmanın yaxınlığı, 20 Yanvar dairəsi, Şamaxinka ərazisində edirdi: “Digər istiqamətlərə getməyə maşın yox idi. Çünki şəhərə daxil olan əli silahlılar hərəkətdə olan hansısa nəqliyyat vasitəsinə atəş açırdılar. Bu səbəbdən də mən,  piyada Yasamal ərazisində çəkilişlər aparırdım”.

 

 

12

 

 

 

R.Sadıqovun dediyinə görə, o çəkilişləri aparan zaman ona maneçilik törədənlərdə olub: “Bizimkilərdən bəzi insanlar mənim çəkilişlərimdən narahatçılıq hissi keçirirdi. Çəkilişləri nə üçün və ya kim üçün etdiklərimi soruşurdular. Mən o insanlara başa sala bilmirdim ki, mən bunu tarix üçün edirəm. Yanvarın 26-da Nəşriyyatda oturduğum redaksiyadan məni həbs etdilər. Deməli,  4 əsgər və 1 zabit nəşriyyatın binasına daxil olur və birinci mərtəbədə duran polisdən məni soruşurlar. İntiqam adlı polis məni yaxşı tanıyırdı və gələnlərin niyyətinin xoş olmadığını anlayıb onlara mənim 9 mərtəbədə oturduğumu xəbər verir. Halbuki mən 3 mərtəbədə otururdum. Gələnləri yuxarı qaldırıb İntiqam dərhal mənim yanıma gəldi ki, bəs, səni axtarırlar. İntiqama dedim ki, sən Nəşriyyatın arxa tərəfinə keç mən plyonkaları bir torbaya yığıb atacam pəncərənin altına ordan götür. Elə də etdim. Əsgərlər sonra mənim üçüncü mərtəbədə oturduğumu öyrənib qapını təpiklə sındararaq əllərimi bağlayıb Salyanski Kazarmaya apardılar”.

 

 

13

 

 

Müsahibimiz onu da əlavə etdi ki, o  1990-cı il 20 Yanvar hadisəsi zamanı günlərlə evə getməyib: “Nəşriyyatda qalırdım. Səhər şəkillər çap olunan kimi yanımda olan uşaqlara həmin şəkilləri verirdim ki, onlar Azərbaycanda fəaliyyət göstərən səfirliklərə və ya xaricdən gələn şəxslərə versinlər. Onlarda öz ölkələrinə gedərkən həmin şəkilləri öz həmvətənlərinə göstərsinlər ki, bəs Azərbaycanda belə bir hadisə yaşanıb”.

 

 

14

 

 

R.Sadıqov qeyd etdi ki, Qanlı Yanvar haqqında dərc olunan ilk kitabda çap olunan 60 şəkildən 18-i ona  məxsusdur: “O şəkillərin sənədləşdirilməsinin vacib olduğunu dəfələrlə demişəm. Mənə məlumat çatıb ki, guya ermənilər bizim şəkilləri   öz materiaları kimi təqdim edirlər. Bu səbəbdən şəkillərin sənədləşdirilməsinin vacib sanıram”.

 

 

16

 

 

 

17

 

 

 

18

 

 

 

19

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20

 

 

 

21

 

 

 

 

22

 

 

 

 

23 24

 

 

 

25

 

 

 

 

asasa

 

 

 

8

 

 

 

erytj

 

 

 

 

dds

 

 

 

erytr

 

 

 

 

gg

 

 

 

 

hhh

 

 

 

 

ytury

 

 

 

 

iouiupui

 

 

 

 

saasd ffd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Günel Cəlil

“KarabakhİNFO.com”

 

 

 

20.01.2015 16:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*