Azərbaycanca

“Azərbaycan Minsk qrupu ilə işləyərkən erməniyönümlü institutla üzbəüz qalır”

13.11.2015 | 20:57

trend_aureliya_qriqoriu_080415_2

Azərbaycan ATƏT-in Minsk qrupu ilə işləyərkən demək olar ki, erməniyönümlü institutla üzbəüz qalır. Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

O, Minsk qrupunun işini olduqca mənfi qiymətləndirir: “Minsk qrupuna Azərbaycan və Ermənistana qarşı neytral mövqedə olan ölkələr daxil olmalıdırlar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən beynəlxalq hüquq normaları baxımından nəzərdən keçirməlidirlər”.

A.Qriqoriu güman edir ki, Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz rejimin Ermənistanın xeyrinə möhkəmlənməsinə imkan yaratmaq üçün sadəcə vaxtı uzadır”.

Trend.az

13.11.2015 20:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*