Azərbaycanca

Azərbaycan MN: “Cəbhə bölgəsində düşmən helikopteri məhv edilib”

12.11.2014 | 16:47

helikopterErmənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bu barədə “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir.

 


Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

 
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.

 
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

 

“KarabakhİNFO.com”

 

 

12.11.2014 16:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*