Azərbaycanca

Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib

15.11.2016 | 13:36

mudafie-nazirliyi-mudafie-nazirliyi

Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv olunub.

 

Apa.az

15.11.2016 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*