Azərbaycanca

Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs 50 dəfə pozulub

11.04.2015 | 10:25

karabax_170114

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin   mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, işğalçılar Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Apa.az

11.04.2015 10:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*