Azərbaycanca

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirrləri III-hissə

06.02.2013 | 17:38

1360157211_gobustan-3 (1)«Vikinqlər çaylar və dəniz vasitəsilə Skandinaviyaya gəliblər. Şərq və Qərb arasında ticari və mədəniyyət münasibətlərinin əlaqələndiricisi olublar. Böyük İpək yolu üzərində yerləşən Vikinqlərin qədim əcdadları Çin, Polşa, Rusiya və İran arasında yerləşən dəniz vasitəsilə mərkəsi Asiyaya çıxış yolu açıblar. Vikinqlər böyük dənizçilər idilər. Onların hesabında bir çox dəniz qəhrəmanlıqları var. Vikinqlərin Skandinaviya gəlməsindən öncə təbiətə malikəraziləri və inkişaf etmiş mədəniyyətləri var idi».

Tur Heyerdal Uilsonun fikirlərini davam etdirərək,  Vikinqlərin qeyd olunan vətənlərinin Qafqazdan, əsasən Azərbaycan olduğunu təsdiqləmişdir.

İslandiya, İrlandiya, İsveç, Norveç, Danimarka və  Böyük Britaniyada Azərbaycan mənşəli abidələrin şəhər və kəndlərin olması faktını təsdiqləyən Tur Heyerdal azərbaycanlıların qədim zamanlarda Çində, indiki Uyğurstanda yaşayan xalqların formalaşmasında və inkişafında da rol oynamasını qeyd edir. «Azerbaijan international» jurnalında dərc olunan «Acestrytracing roots to Azerbaijan» – məqaləsində  səyyah yazır.

«Biz kommunist Çini ilə əlaqələr qurduğumuz illərdəçinlilər çox təəccüblü bir arxeoloji qazıntıaşkar etmişlərÇinin mərkəz hissəsində Kərim səhrasında ağbəniz saçlı mumiya tapmışlar mumiya duzlu ərazidə soyuq hava kütləsinin sayəsində öz görkəmini saxlamışdırMaraqlı faktidi kimumiya monqoloid tipli deyil idiÇin arxeoloqları mumiyanı tədqiq edəndə təəcüblə onunçinli deyilvikinq olması ehtimalını irəli sürüblər

Bu məndə heç bir ciddi fikir yaratmadıAxı vikinqlər uzaq Çinə necə gəlib çıxa bilərdilərAncaqçinlilərin e.ə. 1,800-1,500 il tarixə mumiyanın malik olmasın bildirəndə məlum oldu kibu vikinqdeyilmiş.Tarixi rəqəmlər isə Qafqazı yenə diqqət mərkəzinə çıxarır.

Bu isə tarixin sonu deyilBu mumiyaların geyiminin parça tipi Amerika  Çin ekspertləritərəfindən İrland keltləri ilə oxşar olduğun bildirirlərLakin bu da heç bir məntiqə uyğun gəlimirdi.Biz irlandiyaya müraciət etdik  bizə yazılı saqa göndərdilərYazılı saqada inlandlarınbabalarının aser torpaqlarından olmasın təsdiqləməsi Qafqazın əsasən Azərbaycanın dünyamərkəzi olmasını sübut edirƏlimizdə olan sənədlər faktlar bunun bariz nümunəsidir».

Son zamanların elmi tədqiqatlarında müzakirə obyektinə çevrilən şumerlərin böyük svilizasiya malik olması qeyd edilir. Tarixdə türk xalqları kimi adlandırılan şumerlərin Azərbaycan ərazisində yaşamaları barədə fikirlər  söylənməkdədir. Şumerlərin azərbaycan türkləri olması fikri də səslənməsi bu istiqamətdə yeni tədqiqat işləri üçün zəmin yaradıb.

İslam xristian və yəhudilik dinində böyük peyğəmbər olan İbrahim peyğəmbərin Ur şəhərində anadan olması və onun atasının adının Azər (Aser) olması barədə Kramer və Heyerdal kimi alimlərin araşdırmalarında qeyd olunur ki, Azər oğlu İbrahim e.ə II minillikdə Şumer şəhəri olan Urdan ailəsi ilə birgə çıxaraq Aralıq dəniz ətrafına yola düşürlər.

Tarixçi Nazim Rizvanın tədqiqatlarına görə azərbaycanlıların Mərakeş, Mavritaniya ilə yanaşı bəzi Afrika xalqlarının formalaşmasında rolu olub. Müəllif Roma tarixçisi Hay Sallyusti Kripsin təxminən 2040 il əvvəl qələmə aldığı «Yuqurta müharibəsi» əsərinə istinadək yazır.

«Pun mənbələrinə əsaslanan Krips bizə çox qiymətli iki məlumat verirƏvvəlaPun çarı IIGiyempaslın yazdığına görə yunanların əfsanəfi döyüşçüsü  yarım allahı Herkulesqoşunlarında azərbaycanlılarda olub

Qədim dövrlərdə azərbaycanlıların yayılma coğrafiyanın Afrika, Avropa və Asiyanın müxtəlif bölgələri ilə məhdudlaşmamasında qeyd etmək lazımdır. Amerika qitəsi və Okeaniya adaları azərbaycanlılar tərəfindən kəşf olunmuş və burada svilizasiyalı inkişaf da mühüm rol oynayıblar. Bu barədə yenə Tur Heyerdalın tədqiqatlarına müraciət etməli olacağıq. Tur Heyerdala görə Amerika Avropalıların iddiasına görə ilk dəfə 1497-ci ildə Xristafor Kolumb tərəfindən kəşf olunanda artıq burada yerli əhali ovçuluqla məşğul olur, balıq tutur, müəyyən adət-ənənələrə malik idilər.

Bu istiqamətdə Tur Heyerdalın qiymətli tədqiqat işləri var. Uzun müddət Cənubi Amerikada, Polneziyada tədqiqatlar aparan Tur Heyerdalın yazılarını oxuduqca olduqca maraqlı faktlar ortaya çıxır.

Meksika və Peruda astek, maya, ink kimi böyük qüdrətli hindu tayfalarını (Amerika qitəsinin sakinlərinin hindu adlandırılması ilk dəfə Xristafor Kolumbun adı ilə bağlayırlar. Hindistana dəniz yolu ilə yol atxaran kalumb yeni dünyaya ayaq basanda buranın Hindistan olduğun zənn etmiş və yerli sakinləri hindli, hindu adlandırmışdır) adət-ənənələrini yaşam tərzini tədqiq edər Heyerdal buranın sakinlərinin kökünü Avrasiyada yaşayan hun, şumer, assuriya, almenlərlə bağlayırdı. Lakin Azərbaycana gəldikdən sonra ölkəmizin tarixi abidələri milli ənənələrimiz və qədim inanclarımızla yaxından tanış olduqdan sonra Azərbaycanın qədim sakinlərinin  bu ərazilərə gedib çıxması fikrinə gəlmişdir. Adları sadalanan tayfaların inancları ənənələri mətbəxi musiqisi ilə azərbaycanın qədim sakinlərinin arasında oxşarlıq tapan Heyerdal bunu elmi faktlarla sübut edib. Heyerdalın fikrinə qüvvət olaraq Peru Meksikanı kəşf edən Pissaro və Kortes kimi şəxsiyyətlərin onlar barədə «buranın yerli əhalisi döyüşkən, günəşə sitayiş edən odpərəst cəsur insanlardır» sözlərini qeyd etmək olar.

Maya tayfaları barəsində Heyerdalın əsərlərində Kukul-Kan adlı şəxsin adın çəkir. Maya tayfalarının allah hesab etdikləri Kukul-Kan qatlanan qayıqlarda bu ərazilərə gəlməsi barədə tarixi məlumatlar var.

Kan, Xan, Kaan, Qan sözləri Azərbaycan sözündəki can, Atropatakan sözündəki kan kanponentinin təkamülü nəticəsində yaranmış və yüksək hörmətli şöhrətli şöhrət sahibi mənasındadır. Bu nəzəriyyədən yanaşsaq Maya tayfalarının allahı hesab olunan Kukul-Kanın yol-yoldaşldarından Nopaliya adı ilə yanaşı tula it cinsinin adı da çəkilir.

Bununla yanaşı Maya, İnk, Astek, Skandinav, Polneziya, Avropa, Asiya və Amerika tarixi sənəd və məlumatlarında Azərbaycan türklərinin antropoloji görkəmi və geyimi barəsində fikirlərə rast gəlinir. Hündürboylu, ağ üzlü, qara saqal, möhkəm ayaqlı, uzun xalatlı təsvir olunan Azərbaycan türkləri barəsində Strobonun “Coğrafiya” kitabında, Romalı Qoy Plini Sekundi böyük Plinin əsərində də məlumat verilir. Onlar Azərbaycan türklərinin ala gözlü, hündür boylu, gözəl üzlü, qara saqalı, sarışın olmasını bildirirlər. Bütün tarixi mənbələrdə eyni fiziki görünüş verilir.

Bu keyfiyyətlərə malik olan Kukul-Kan (xan) Maya tayfalarına ox atmağı, qayıq düzəltməyi, ev tikməyi, yazı yazmağı, şəkil çəkməyi öyrətmişdir. Maya şəhərinin əsası qoyan Kukul-Kan (xan) zamanında mayalar sakit və rahat yaşayır, qanunu pozmur və mədəniyyətlərin inkişaf etdirirdilər. Kukul-Kan (xan) ondan əvvəl okeanın o tayından qatlama qayıqla gələn İsamanu və onun yoldaşları ilə eyni xalqa mənsubdur. İlk dəfə olaraq İsamanu və dostları maya svilizasiyanın inkişaf etməsi və  yaranmasının təməlin qoymuşdlur. Maya əlifbasını və mədəniyyətini yaradan İsamanu və onun ardıcılı Kukul Kan (xan) işlərini sona çatdırdıqdan sonra qatlama qayıqlarına oturaraq başqa ərazilərə gediblər.

Meksikanın Tabako və Çiapasa meşələrində yaşayan tayfaların mifologiyası da olduqdca maraqlıdır. Burada Yolum-Uotan -Votan kimi adlandırılan, vətəni Şərq olan peyğəmbər Votan barədə məlumatlar var. Bu ərazidəki əhalinin bərabər həyatına son qoyan Votan oda sitayiş edir, daş və qaya üzərində gözəl rəsm çəkirdi. Votan yerlilərə ov etməyi balıq tutmağı, heroqliflə  yazmağı, ov qabağı ovlanacaq heyvanların rəsmlərini çəkməyi, xüsusi rəqs oynamağı öyrətmişdir. Burada tapılan məbəd, daş, qaya üzərindəki ov səhnələri, Qobustan qayaüstü rəsmlərlə oxşardır, desək yanılmarıq.

Qvatamella, Peru, Meksika, Salvador, Braziliya mifologiyasında bu cür faktlarla yanaşı türk sözlərinə də rast gəlmək olar. İlk zamanlar ərəb-semit mədəniyyəti kimi qəbul edilən abidələr, rəsmlər sonradan məşhur alimlər tərəfindən Qafqaz xalqlarına, əsasən də azərbaycanlılara  məxsus olmasını bildiriblər. Azərbaycanda tapılan, ox, yay, dəmir silah, saxsı qab, musiqi alətləri daş abidələr, rəsmlərin Meksika və digər Cənubi Amerika ölkələrində tapılan qədim tapıntılarla eyni olduğunu qeyd edən Tur Heyerdal Mərakeş və Polneziyada da oxşar tapıntıların olmasını bildirir. Bu dövlətlərə səfər edən Heyerdal Malaylar və Polneziyaların inkişafında, svilizasiyalarının yaranmasında azərbaycanlıların rolunu xüsusilə vurğulayır.

Polneziya və malay xalqlarının etnik mənsubiyyətini, ənənələrini və  antropoloji görünüşünü tədqiq  edən Heyerdal bu xalqların əcdadlarının Qafqazdan gəldiyini qeyd edir. Polneziya və malayalılar üzümdən şərab almasını, milli xörəklərini və  musiqilərini əsas götürən Heyerdal  fikrini bununla əsaslandırır. Polneziyalarının əcdadlarının Azərbaycanın qədim sakinləri olmasını fiziki və antriopoloji görünüşdə olmasıyla  əsaslandıran  Heyerdal boyu 180-dən uca, saqqalı, ala gözlü azərbaycanlıların  Amerikanın Şimal-Qərb, Yeni Zellandiya, Okeaniya və  Havayda Menxun və ya Manaxan adlandırıldığını qeyd edir… 

                     Qobustan Azərbaycan – Altye Norveç

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirrləri  III-hissə

 

 

 

 

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirrləri  III-hissə

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirrləri  III-hissə

 

 

 

 

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirrləri  III-hissə

 

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirrləri  III-hissə

 

 

 

 

 

Ardı var…

 

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”

 

 

06.02.2013 17:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*