Azərbaycanca

Azərbaycan nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında iştirak edir Böyüt

16.11.2017 | 11:05

Almaniyanın Bonn şəhərində  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə noyabrın 13-də işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, Ficinin baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.

APA

16.11.2017 11:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*