Azərbaycanca

Azərbaycan Ordusu Ermənistanın kəşfiyyat-təxribat qruplarının bir neçə üzvünü məhv edib

11.02.2015 | 15:29

diversiya_diversant_091214 Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı  Trend-ə  istinadən bildirir ki, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

 

 

 

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

 

 

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

 

 

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

11.02.2015 15:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*