Azərbaycanca

Azərbaycan ordusu üçün toplanan yardım artıb

05.01.2015 | 17:26

paradAzərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son 1 ildə 9 848 588 manat (12 576 417 ABŞ dolları) artıb.


KarabakhİNFO.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fondun 1 yanvar 2015-ci il tarixinə manat hesabındakı vəsait 60 603 102 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait 593 Avro təşkil edib. Fondun  ABŞ dolları, Avro və Rus rublu ilə hesablarına son bir il də vəsait daxil olmayıb.

 

Silahlı Qüvvələrinə Yardım Fondunun ümumilikdə toplam vəsaiti 77 502 556 ABŞ dollarına çatıb.

 

Xatırladaq ki, SilahlıQüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxil olmalar hesabına formalaşır.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

05.01.2015 17:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*