Azərbaycanca

Azərbaycan prezidenti: “Fransanın Qarabağ nizamlanmasında fəal iştirak edəcəyinə ümidvaram”

12.12.2016 | 16:38

fra

Azərbaycan prezidenti İlham ƏliyevATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskontini qəbul edib.

 

APA-nın məlumatına görə, ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayaraq ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.

 

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğulayıb.

 

*** 11.44

 

Azərbaycan prezidenti İlham Əliyev Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Apa.az

12.12.2016 16:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*