Azərbaycanca

Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşü olub

06.04.2015 | 20:07

14283327044319954119_750x500

Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamladı.

Sonra baş katib İyad bin Amin Mədəni və Prezident İlham Əliyev birgə nahar etdilər.

Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və Prezident İlham Əliyev çıxış etdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü oldu.

Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirildi.

Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

http://azertag.az/xeber/843996

06.04.2015 20:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*