Azərbaycanca

Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan 18 il ötür

12.11.2013 | 16:52

1384260538_t5Konstitusionalizm hər bir dövlətdə hüquqi nizam prinsiplərini tətbiq etmək üçün vacib mexanizmlər sistemidir. Bu anlayış, ilk növbədə, dövlət anlayışı ilə bağlıdır. Çünki məhz dövlət cəmiyyətin inkişafı və onun fərdlərinin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bunun üçün dövlətə vahid hüquqi mexanizmlər tələb olunur. Bunu da konstitusiya hüququ təmin edə bilər. İngilis filosofu Con Lok yazırdı ki, dövlətdə fərd azadlığı cəmiyyətin bütün üzvləri üçün vahid olan daimi qaydaların olmasından ibarətdir.Azərbaycan Respublikasının ilk Konstitusiyası Mayın 28-də Tiflis şəhərində Azərbaycanın istiqlaliyyəti haqqında AKT (əqdnamə)qəbul olundu. Eyni zamanda Milli Şuranın ilk iclası olan bu iclasda Azərbaycanın Dövlət Müstəqilliyi elan olundu.

Beləliklə Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı –istiqlal Aktının qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu.

İkinci Konstitusiya 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir.

1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir.

1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.

“KarabakhİNFO.com”

 

12.11.2013 16:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*