Azərbaycanca

Azərbaycan Respublikası Müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb

11.03.2015 | 09:25

trend_zakir_hasanov_131014_3

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.
Müdafiə naziri Xorvatiya Respublikasının Müdafiə naziri cənab Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya Respublikasının Müdafiə naziri cənab Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

 http://www.mod.gov.az/

11.03.2015 09:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*