Azərbaycanca

Azərbaycan səfiri “Guardian”ın Qarabağla bağlı yazısına cavab verdi – RƏSMİ

15.01.2015 | 19:31

aaaaad

 

 

 

 

 

 

 

 

Sizin “2015-ci il üçün ən yaxşı yeni sərgüzəştlər” adlı məqalənizə (10 yanvar) Dağlıq Qarabağı daxil etməyiniz Azərbaycan xalqına hörmətsizlikdir.

 

Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və Azərbaycanın beynəlxalq səviyyədə tanınan bir bölgəsidir. Siz fikirləşirmirsiniz ki, bu təcavüzkarı digər ölkənin ərazisinin bir hissəsini öz işğalı altında saxlamağa mənəvi cəhətdən cəsarətləndirməkdir və yüz minlərlə məcburi köçkünün çəkdiyi əzablara etinasızlıqdır?

 

 

Təəssüf ki, sizin məqaləniz işğal faktını qanuniləşdirməyə çalışan separatçı rejimin əlinə də keçib. Post-Sovet məkanında son separatçı meyllərə qarşı “Guardian”ın tutduğu mövqe təqdirəlayiqdir və sizdən Azərbaycana qarşı da bu həssalığı göstərməyi arzu edərdim.

 

 

“Foreign Office” sizi Dağlıq Qarabağa və ətrafdakı digər işğal altında olan Azərbaycan ərazilərinə hər hansı səfər əleyhinə xəbərdarlıq edir. Siz Dağlıq Qarabağı turistlər üçün “macəralı yer” adlandırmaqla ictimaiyyəti yanıldırsız və onların həyatlarını potensial risk altında atırsınız; həmçinin icazəsiz o ərazilərə səfər edənlər gələcəkdə Azərbaycanın digər ərazilərinə səyahət edə bilməyəcəklər.

 

Tahir Tağızadə

Azərbaycanın Londondakı səfiri

 

 

Qeyd edək ki, adıçəkilən yazı həmin mətbuat orqanında bu ilin yanvarın 10-da dərc edilib.  “KarabakhİNFO.com” beynəlxalq elektron jurnlı həmin yazının tərcüməsini sizə təqdim edir:

sdsd




“ The Guardian.com” saytı 2015-ci ildə ən yaxşı macəra yaşamaq üçün yerlərdən biri kimi Dağlıq Qarabağı göstərmişdir. Həmin yazıda qeyd olunub ki, səyahət etmək üçün macəralı, eyni zamanda təhlükəli yer axtarırsınızsa, Dağlıq Qarabağa səfər edə bilərsiniz.  

 

Bu dağlıq ərazi Azərbaycanla əhatlənmişdir və baxmayaraq ki, 1991-ci ildə öz müstəqilliyini elan etmişdir o hələ də Ermənistanın nəzarəti altındadır ( lakin bir çox dövlət tərəfindən tanınmır). Sərhəddəki atışmalar və siyasi nəzarət üçün davam edən çəkişmələr hazırda o qədər qorxuducu deyil, amma regiona səyahət etmək üçün bir çox təkliflər var: “ dağ monastrları, arxeloji yerlər, qədim mağara məskənləri və möhtəşəm təbiətə malik ərazilər. “Regent Holidays” şirkətinin sizə yeni 11 günlük qrupla birlikdə tur təklifi var. Bu səfər Ermənistanın paytaxtı İrəvandan başlayır və buraya Dağlıq Qarabağa 7 günlük səfər daxildir (yoladüşmə 21 sentyabr və 1 oktyabr, uçuş daxil olmaqla 1.590 funtsterlinq).  

 

Siz həmçinin İrəvana, oradan da Kiyev və Vyana üzərindən 225 funtsterlinqə uça bilərsiniz. Lakin, Britaniya Konsulluğu Dağlıq Qarabağa getmək üçün heç bir köməklik göstərmir, ona görə özünüz bu müstəqil səyahət barədə yaxşı fikirləşin.

 

“KarabakhİNFO.com”    

 

 

15.01.2015 19:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*