Azərbaycanca

Azərbaycan Sankt-Peterburq administrasiyasına etiraz məktubu göndərib

05.11.2015 | 12:16

trend_sankt_peterburg_300511_3

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Sankt-Peterburqun “İmperial” şapito-sirkinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda noyabrın 6-15-nə planlaşdırılan qastrolları ilə bağlı məlumatlara görə, şəhərin administrasiyasına etiraz məktubu göndərib.

Bun barədə Trend-ə Baş Konsulluqdan deyiblər.

Diplomatik missiyadan deyiblər ki, Sankt-Peterburq Administrasiyası və bu şəhərin Mədəniyyət Komitəsinin ünvanına Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində bu tədbirin keçirilməsinin qəbuledilməzliyi barədə müvafiq məktub göndərilib. Bu yolverilməz faktın müzakirə edilməsi üçün Sankt-Peterburq Administrasiyasının, Sankt-Peterburqun Mədəniyyət Komitəsinin və Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəsmi nümayəndələri ilə görüşlər planlaşdırılıb”.

Məlumatda deyilir: ” Sankt-Peterburqun “İmperial” şapito-sirki, 1877-ci ilin dekabrında açılmış Sankt-Peterburq Böyük Dövlət Sirkinin tərkibindəki şapito-sirki deyil, 2005-ci ildə yaradılmış kommersiya müəssisəsidir. Üstəlik, Böyük şapito-sirki “İmperial” şapito-sirkinin tarixi “şapito” brendinin qanunsuz mənimsənilməsinə dair bu günədək məhkəmə mübahisəsi aparır”.

Trend.az

05.11.2015 12:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*