Azərbaycanca

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilir

20.11.2017 | 14:22

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edəcək.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit və kursant heyəti üçün “NATO bu gün (strukturu və vəzifələri)”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun arzu etdiyi Strateji Təsir”, “NATO-nun mövcud Dəniz Qüvvələri”, “NATO Varşava Sammitindən sonra, NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz”, “Qlobal kiber-inkişaf və NATO-nun cavabı” mövzularında mühazirələr oxunacaq.

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” noyabrın 25-dək davam edəcək.

APA

20.11.2017 14:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*