Azərbaycanca

Azərbaycan torpaqlarını daha bir beynəlxalq təşkilat tanıdı

06.02.2015 | 13:07

 

sekil Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda yeni Müharibə Hesabatı 2015-ci ildən geniş ictimaiyyətin ixtiyarına verilmişdir

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı Trend-ə istinadən xəbər verir ki,  sözügedən Hesabat Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu və Cenevrə Universitetinin birgə mərkəzi olaraq fəaliyyət göstərən Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanmış və “Oxford” Universitetinin nəşriyyat evi tərəfindən çap edilmişdir.

 

 

 
Müharibə Hesabatında 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Sözügedən hesabat dövlətlər, BMT və onun ixtisaslaşmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün dünyada mövcud olan münaqişələr ilə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsi məqsədilə nəşr edilmişdir.

 

 

Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiq edilmiş, münaqişə tərəflərinin yalnız Ermənistan və Azərbaycan olması vurğulanmışdır. Hesabatın Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş 44-48-ci səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin yeddidə bir hissəsindən çoxunun işğal edildiyi bildirilmiş, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılmışdır. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır.

 

 

Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssis görüşlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir. Cenevrə Akademiyası sözügedən fəaliyyətin həyata keçirilməsi məqsədilə 2007-ci ildə Cenevrə Universitetinin Hüquq Fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən birgə təsis edilmişdir. Cenevrə Akademiyasının fəaliyyəti İsveçrənin Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər üzrə Federal Departamenti tərəfindən dəstəklənir.

 
Xatırladaq ki, sözügedən Müharibə Hesabatının ilk nəşri 2012-ci ili əhatə etmiş və 2013-cü ilin dekabr ayında buraxılmışdır.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

06.02.2015 13:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*