Azərbaycanca

“Azərbaycan Türkiyə münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq”

04.09.2014 | 16:55

загруженоTürkiyə Respublikasının ümumxalq səsverməsi yolu ilə seçilən ilk prezidenti Rəcəb Tayyib Ərdoğanın bildiyimiz kimi seçkilərdən dərhal sonra ilk səfərini Azərbaycana etdi.

Bu səfəri dəyərləndirən millət vəkili, professor Musa Qasımlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında bildirdi ki, Ərdoğanın xaricə səfərini Azərbaycandan başlaması mühüm əhəmiyyət daşıyır: “Ərdoğan Mustafa Kamal Atatürkdən sonra Türkiyə tarixində xüsusi yeri olan dövlət və siyasət adamıdır. Onun baş nazir olduğu illərdə Türkiyə dünyanın G-20-ləri cərgəsinə daxil oldu, bu böyük bir nailiyyət idi. Ərdoğanın prezident kimi xarici ölkələrə ilk səfərinin Azərbaycandan başlamasının böyük mənası var. Bu o deməkdir ki, Türkiyə dövləti xarici siyasətində Azərbaycana böyük yer verir. Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Ölkələrimiz arasında münasibətlərin dərin kökləri var. Bu münasibətləri hökumətlər deyil, xalqlar müəyyənləşdirir. Türkiyədə Azərbaycan əleyhinə siyasət yürüdən hər hansı bir partiyanın hakimiyyətə gəlməsi, gəldikdə də hakimiyyətdə qalması çətindir”.

 

 

M. Qasımlının fikrincə, Ərdoğanın ölkəmizə səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq: “Münasibətlərin maddi təməllərini möhkəmləndirəcək. İki ölkə arasında müzakirə ediləsi çox məsələlər var. Hesab edirəm ki, Azərbaycan Türkiyə münasibətləri bu səfərdən sonra yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq”.

 

 

Millət vəkili qeyd etdi ki, Ərdoğanın Bakıya olan bu səfərinin Ermənistanda necə qarşılanması Türkiyə üçün hər hansı bir əhəmiyyət kəsb etmir: “Türkiyə müstəqil dövlətdir. Xarici siyasətini özü müəyyənləşdirir. Ərdoğanın hansı ölkəyə səfər etməsini Türkiyə dövləti müəyyənləşdirir. Bu səfərin Ermənistanda necə qarşılanmasının Türkiyə üçün “milçək vızıltısı” qədər də təsiri yoxdur”.

 

 

M. Qasımlı Ankara ilə Bakı arasında hərbi ittifaqın qurula biləcəyi məsələsinə gəldikdə onu dedi ki, belə bir əməkdaşlıq böyük strateji əhəmiyyət kəsb edir: “Azərbaycanla Türkiyə arasında təhlükəsizlik məsələsində, həm iki tərəfli formatda, həm də Gürcüstan da daxil olmaqla üçtərəfli formatda iştirak edirlər. Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, Bakı ilə Ankara arasında hərbi əməkdaşlığın böyük bir strateji məna daşıdığı qənaətinə gəlmək olar. Azərbaycan Türkiyə ilə müxtəlif, o cümlədən hərbi sahədə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticələri də məlumdur”.

 

 

Professorun fikrincə, Ərdoğan Ermənistanla sərhədləri açmayacağı barədə verdiyi sözə əməl edəcək: “Ərdoğan hələ Baş nazir olarkən Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla sərhədləri açmayacağını demişdi. Dünya praktikasında iki söz var: “Dövlət və centlmen sözü”. Ərdoğan həm centlmen, həm də dövlət sözünü dedi. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına maneə olan başlıca amil Ermənistanın siyasətidir. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, uydurma soyqırımın tanıdılmasını tələb edir, Türkiyədən ərazi və təzminat istəyir. Ermənistan eyni zamanda, Azərbaycan ərazilərini işğal altında saxlayır. Türkiyə sərhədləri açsa belə, Ermənistan heç bir zaman uydurma soyqırımdan, təzminat və torpaq tələbindən imtina etməyəcək.

 

 

 

Rüfət Sultan
“KarabakhİNFO.com”

 

 

 

 

04.09.2014 16:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*