Azərbaycanca

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi sahədə əməkdaşlığı genişləndirirlər

03.04.2015 | 08:02

mkonf1

Aprelin 2-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
Hər üç nazir görüşün yekunları barədə mediaya məlumat verib.
Növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçirilməsi planlaşdırılır.

Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında ikitərəfli formatda görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu qeyd olunub.
Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçıları aprelin 2-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.
İ.Qaribaşvili qonaqları salamlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafından razılıqla danışıb, hər üç ölkənin müxtəlif strukturları, o cümlədən müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsini yüksək qiymətləndirib.
Baş nazir deyib ki, bu cür tədbirlər ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açır.
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə, tədbir iştirakçıları adından minnətdarlıq edib. Nazir bildirib ki, üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşün iştirakçıları Tbilisinin mərkəzində “Qəhrəmanlıq meydanı”na gələrək abidə kompleksi önünə nümayəndə heyətləri adından əklil qoyublar.

mod.gov.az

03.04.2015 08:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*