Azərbaycanca

Azərbaycan və Ermənistan Prezidentləri payızda görüşə bilərlər

13.08.2014 | 13:18

ceyms1“Prezidentlər payızda görüşərək Soçi müzakirələrini davam etdirə bilər”

 

 

“Həmsədrlər yaxın vaxtlarda bölgəyə səfəri etmək niyyətindədir, lakin səfərin tarixi hələ müəyyənləşdirilməyib”.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

 

“Prezidentlər payızda görüşərək münaqişənin sülh yolu ilə həllinə dair danışıqların irəliləməsi üçün Soçi müzakirələrini davam etdirə bilər. Həmsədrlər danışıqların irəliləməsi üçün əllərindən gələn dəstəyi verməyə hazırdır. Ermənistan və Azərbaycan xalqları da anlamalıdırlar ki, davam edən münaqişə onların dövlətlərinin maraqlarına cavab vermir. Ümid edirəm ki, insanlar səslərini ucaldaraq sülhə dəstək verəcəklər”.

 

“KarabakhİNFO.com”

 

 

13.08.2014 13:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*