Azərbaycanca

Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcəklər

09.08.2014 | 13:35

azerb-ermn“Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər”.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

 

 

N. Məmmədov bildirib ki, sabah (avqustun 10-da) Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq: “Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcək. Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq”.

 

 

Xatırladaq ki, avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gedib. Ermənistan prezidenti Serj Sarkisyan da Soçiyə yola düşüb.

 

 

“KarabakhİNFO.com”

 

 

 

09.08.2014 13:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*